Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:20

Hər il 23 minədək qadın abortdan ölür


İllüstrativ foto
İllüstrativ foto

Dünyada qadınların kontraseptivlərə qeyri-bərabər çıxışı, abortla bağlı sərt qanunlar hər il milyonlarla qadının arzuolunmaz hamiləliyi bitirməkdən ötrü təhlükəli üsullara əl atması deməkdir. Guttmacher İnstitutunun bu həftə yaydığı hesabatda belə deyilir.

Hesabatdan bəzi məqamları təqdim edirik:

– 2010-2014-cü illərdə dünyada hər il 56 milyon abort həyata keçirilib. 1990-1994-cü ildə bu rəqəm 50 milyon idi. Yüksəliş daha çox əhali artımıyla bağlıdır.

– Hər il 25 milyon abort (45 faiz) təhlükəli şəraitdə gerçəkləşdirilib.

*** Buna da bax: Ermənistanda abort qadın qıtlığı yaradır

– Hər il azı 22 min 800 qadın təhlükəli abort zamanı dünyasını dəyişir.

– Son 25 ildə inkişaf etmiş regionlarda abort səviyyəsi gözəçarpan dərəcədə düşüb. Ancaq inkişaf etməkdə olan regionlarda durum dəyişməyib.

– Ən böyük – yarıbayarı azalma Şərqi Avropada qeydə alınıb. Bu, Sovet İttifaqının çöküşündən sonra müasir kontraseptivlərə əlçatımlılığın artmasıyla izah olunur.

– 2010-2014-cü illərdə qlobal miqyasda bütün hamiləliklərin 25 faizi abortla bitib.

– 1990-1994 və 2010-2014-cü illərdə abortla əlaqəli ölüm halları (hər 100 min aborta düşən ölüm halları) 42 faiz azalıb.

– 2010-2014-cü illərdə ən böyük illik abort səviyyəsi Karibdə qeydə alınıb – reproduktiv yaşda olan hər 1000 qadından 59-u abort elətdirib. İkinci yerdə Cənubi Amerika gəlir – 48 qadın.

– Ən aşağı abort səviyyəsi Qərbi Avropa, Şimali Amerika və Şimali Avropadadır – hər 1000 qadına uyğun olaraq 16, 17 və 18 qadın abort etdirir.

– Abortun məhdudlaşdırıldığı və əsasən qanuni sayıldığı ölkələrdə abort səviyyəsi oxşardır.

*** Buna da bax: Azərbaycanda niyə oğlan uşaqları normadan artıq sayda doğulur? [video]

– 2000-2017-ci illərdə 33 ölkə aborta icazə hallarının miqyasını genişləndirib.

– Aborta gedən qadınların çoxu bunu planlaşdırılmayan hamiləlik səbəbindən edir. İnkişaf etməkdə olan regionlarda 214 milyon qadının müasir kontraseptivlərə ehtiyacı ödənməmiş qalır.

– 2014-cü ildə inkişaf etməkdə olan ölkələrdə abortdan sonrakı qayğı ildə 232 milyon dollara başa gəlib. Hesablamalara görə, abortların hamısı təhlükəsiz aparılsaydı, bu rəqəm 20 milyon dollara düşürdü.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG