Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Avqust, Cümə axşamı, Bakı vaxtı 12:28

Azərbaycanda niyə oğlan uşaqları normadan artıq sayda doğulur? [video]


Qız doğulanda hansı ailələr sevinmir?
Gözlə

No media source currently available

0:00 0:09:44 0:00

Qız doğulanda hansı ailələr sevinmir? [A-Live]

"Qız köçəri quşdur", “qız yükü, duz yükü”, “oğul nəslin davamı, evin dirəyidir" - Azərbaycan ailələri arasında yayılan belə deyimlərlə siyahını artırmaq da olar.

Psixoloq Ramin Hacıyev yerli mediaya müsahibəsində deyir ki, qız uşaqlarına antipatiya, oğlan uşaqlarına maraq Şərq cəmiyyətlərindən gəlir. Bəzi qadınlar düşünür ki, oğlan uşağı kişini ailəyə bağlayır, kişilərsə düşünür ki, oğul soyadı daşımaq şansı verir.

Rəsmi məlumata görə, Azərbaycanda hər 100 qıza 115 oğlan düşür.

Buna da bax:​ 'Azərbaycanda oğlan doğulunca 10 dəfə abort edən qadınlar var'

Azərbaycanın baş pediatrı Nəsib Quliyev
Azərbaycanın baş pediatrı Nəsib Quliyev

Respublikanın baş pediatrı Nəsib Quliyev deyir ki, norma isə 100 qıza 106 oğlandır. Onun fikrincə, bu sahədə problemi həll etmək üçün ilk növbədə insanların psixologiyası dəyişməlidir:

"İnzibati yollarla bu problemləri həll etmək mümkün deyil. Psixologiya dəyişməlidir. Valideynlər anlamalıdır ki, qız da oğlan da hər ikisi də övladların. qız oğlan fərqi yoxdur".

Təmiz Dünya İctimai Birliyinin sədri Mehriban Zeynalova isə düşünür ki, Azərbaycanda bəzi ailələrdə qızlar əlavə yük hesab olunur:

Buna da bax:​ Azərbaycanda qızların 10%-nin yoxa çıxmasının sirri

Mehriban Zeynalova
Mehriban Zeynalova

“Bizim 'qız yükü, duz yükü' kimi bir məsəlimiz də. Bu kökdən gələn bir məsələdir. Qız övladına artıq bir yük kimi baxılır. Qızın bir övlad, vətəndaş kimi xeyir verəcəyini çox az düşünən var. Ümumiyyətlə, qızın təhsilinə diqqət yetirilmir, onları yarımçıq təhsildən uzaqlaşdırıb, tez ərə verirlər ki, yükdən azad olsunlar, öz adlarını qoruya bilsinlər”.

Biz Bakı sakinlərini də müzakirələrə qataraq onlardan soruşmuşuq ki, sizcə hansı ailə qız övladını özünə yük sayar?

Təmiz Dünya Təşkilatının sədri Mehriban Zeynalova bəzi ailələrin oğlan uşağına meylini insanların dünyagörüşü ilə bağlayır. Düşünür ki, problemin həlli üçün erkən nikahların qarşısı alınmalı, qızların təhsildən yayınmasına qarşı cəzalar sərtləşdirilməlidir.

Buna da bax:​ Qız uşaqlarına ən gözəl şərait yaratmış ölkələr

Özbəkistanda da abort geniş yayılmış problemlərdəndir. AzadlıqRadiosu-nun özbək xidmətinin rəhbəri Alisher Sidikov deyir ki, lakin onlar sırf qız övladına görə abort olunma kimi konkret hallarla rastlaşmayıblar. Hətta Özbəkistanda qeyri-rəsmi qaydada 2-3 uşağı olan qadınların yumurtalıqları çıxarılır. O iddia edir ki, bunu etməkdə hökumətin əsas məqsədi əhalinin təbii artımının qarşısını almaqdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG