Keçid linkləri

Təcili xəbərlər
2020, 20 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 21:50

Rusiyada An-148 təyyarələrindən istifadə dayandırılır


An-148-in qalıqları

Rusiyanın Rostransnadzor dövlət nəqliyyat agentliyi ölkədəki hava şirkətlərinə Antonov An-148 təyyarələrindən istifadəni dayandırmaq göstərişi verib.

Rostransnadzor rəhbəri Viktor Basargin martın 20-də deyib ki, bu qərar Saratov Hava Yollarının təftişindən sonra verilib.

Fevralın 11-də bu şirkətə məxsus AN-148 təyyarəsi Moskva yaxınlığında havaya qalxandan az sonra qəzaya uğrayıb, təyyarədəki 71 nəfər həlak olub.

Ölkənin aviasiya tənzimləyicisi olan Rosaviatsiya bildirib ki, Saratov Hava Yollarının bütün uçuşları aprelin 27-dək dayandırılıb.

Qəzadan iki gün sonra təhqiqatçılar ilkin testlərə və təhlillərə əsasən spidometrlərin buzla örtülməsi və qeyri-dəqiq informasiya göstərməsi ehtimalını irəli sürüblər.

XS
SM
MD
LG