Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:11

Trump Novruz təbrikində İran hökumətini tənqid edib


Donald Trump
Donald Trump

ABŞ prezidenti Donald Trump iranlıları və Novruz bayramını qeyd edən digər xalqları təbrik edib. O, təbrikində İran hökumətinə və güclü İslam İnqilab Keşikçiləri Korpusuna (İİKK) sərt tənqid ünvanlayıb.

Dünyada baharın gəlişini qeyd edən milyonlarla insana gözəl və xeyirli Novruz diləyirəm”, – Trump martın 19-da yayılmış təbrikində deyir.

O, İran xalqının “xalqa deyil, özlərinə xidmət edən rəhbərlərin” yükü altında əzildiyinə inandığını dilə gətirib.

Trump İİKK-nı “xaricdə terrorçuluğu maliyyələşdirməkdən ötrü İran xalqına qarşı qəddarlıq edən və ondan oğurlayan düşmən ordusu” adlandırıb.

*** Buna da bax: Mattis İranı İraq seçkilərini “korlamaq”da suçlayır

Onun sözlərinə görə, İİKK Suriya hökumətinin, Suriya, İraq və Yəməndə şiə yaraqlı qrupların dəstəklənməsinə 16 milyard dollardan çox vəsait xərcləyib.

“İRAN XALQINDAN RUHLANDIM”

ABŞ prezidenti İslam keşikçilərini İran xalqını səfalətə sürükləməkdə, ətraf mühitə ziyan vurmaqda, vətəndaş hüquqlarını boğmaqda suçlayıb.

Trump ötənilki Novruz təbrikində siyasətdən danışmamışdı.

Novruz İranın ən böyük bayramıdır. Bu bayram müsəlman ölkələrində və icmalarında qeyd olunur.

ABŞ Dövlət Departamenti də martın 19-da daha ənənəvi Novruz təbriki yayıb. Amma eyni zamanda bu ilin əvvəlində küçə etirazları keçirmiş iranlıları alqışlayıb. Həmin etirazlar hökumət tərəfindən yatırdılmışdı.

Ötən bir ildə azadlıq, ləyaqət, insan haqlarına sayqı uğrunda etirazlarla səslərini eşitdirən İran xalqından ruhlandım”, – dövlət katibinin müavini John Sullivan deyib.

Birləşmiş Ştatlar ifadə, din və dinc toplaşma azadlıqlarının bərpasına çalışanları dəstəkləyir”, – o söyləyib.

*** Buna da bax: Trump nüvə sazişinin məhvinə “can atır”

Sullivan Birləşmiş Ştatlarda, Əfqanıstan, Azərbaycan, Çin, Gürcüstan, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Rusiya, Suriya, Tacikistan, Türkiyə, Türkmənistan və Özbəkistanda Novruz bayramını keçirən bütün icmaları təbrik edib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG