Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 20:09

Mattis İranı İraq seçkilərini “korlamaq”da suçlayır


Jim Mattis

ABŞ-ın müdafiə naziri Jim Mattis İranı İraqda parlament seçkilərini “korlamaq”da ittiham edib. Mayda keçiriləcək seçkidə baş nazir Haidar al-Abadi bir daha vəzifəyə seçilməyə çalışır.

İran Rusiyanın yoluyla gedərək İraqda seçkiləri korlamağa çalışır”, – Mattis Yaxın Şərqə və Əfqanıstana səfərdən Vaşinqtona qayıdarkən jurnalistlərə deyib.

O, Rusiyanın Birləşmiş Ştatlar, Fransa, Meksika və digər ölkələrdə seçkilərə müdaxilə cəhdləriylə bağlı iddiaları nəzərdə tutub.

İranın pul hesabına İraqda seçkilərə təsir göstərməyə çalışmasına dair əlimizdə narahatedici sübut var. Bu puldan namizədlərə, seçicilərə təsir göstərmək üçün istifadə olunur”, – Mattis bildirib.

İrandan bu deyilənlərə, hələlik, şərh gəlməyib. Ancaq əvvəllər Tehran İraqa müdaxiləyə çalışmasıyla bağlı deyilənləri danıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG