Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:53

Trump nüvə sazişinin məhvinə “can atır”


Xarici işlər naziri Mohammad Javad Zarif (sağda) və Abbas Araghchi
Xarici işlər naziri Mohammad Javad Zarif (sağda) və Abbas Araghchi

ABŞ prezidenti Donald Trump-ın dövlət katibi Rex Tillerson-u vəzifədən kənarlaşdırması Birləşmiş Ştatların İranla nüvə sazişindən çıxmaq istədiyini göstərir. Bunu İran xarici işlər nazirinin müavini Abbas Araghchi deyib.

Birləşmiş Ştatlar nüvə sazişindən çıxmaq niyyətində qətiyyətlidir və Dövlət Departamentində dəyişiklik də bu məqsədlə edilib”, – ISNA xəbər agentliyi martın 14-də nazir müavininə istinadla yazıb.

Trump martın 13-də Twitter-də yazıb ki, Tillerson vəzifədən kənarlaşdırılır və onu Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Mike Pompeo əvəzləyəcək. Pompeo Tillerson-a nisbətən İranla bağlı daha sərt mövqe tutur.

*** Buna da bax: Tillerson gedir, Pentaqon İranla nüvə sazişini dəstəkləyir

“ABŞ-I SAXLAYA BİLMƏSƏLƏR...”

Prezident Donald Trump 2015-ci il sazişini dəfələrlə tənqid edib, onu “dəhşətli” adlandırıb, ölkənin baş diplomatını işdən çıxarmasına bir səbəb kimi də Tillerson-la bu saziş üzrə fikir ayrılığını göstərib.

Əslində, çox yaxşı yola gedirdik, amma bir sıra məsələlərdə fikir ayrılığımız vardı. İranla sazişi götürək. Mən bunu dəhşətli, o isə normal sayır. Mən bu sazişdən çıxmaq, yaxud başqa bir şey etmək istəyirdim, o isə başqa cür düşünürdü. Yəni, eyni cür fikirləşmirdik”, – Trump deyib.

Trump mayın 12-dək sazişə köklü dəyişikliklər edilməzsə, Birləşmiş Ştatların ondan çıxacağını bildirib.

Nüvə sazişi İranın nüvə fəaliyyətinin məhdudlaşdırılması əvəzində ona beynəlxalq sanksiyaların yüngülləşdirilməsini nəzərdə tutur.

ABŞ sazişdən çıxsa, biz də çıxacağıq. Avropalılara demişik ki, Birləşmiş Ştatları sazişdə saxlaya bilməsələr, İran da çıxacaq”, – ISNA-nın məlumatına görə, Araghchi deyib.

*** Buna da bax: BMT İranın nüvə sazişinin şərtlərinə əməl etdiyini bildirir

Tillerson Fransa, Britaniya və Almaniya ilə əlavə razılaşma üzərində işləyirdi, bu sənəd Birləşmiş Ştatların nüvə sazişində qalmasına imkan verəcəkdi. Pompeo-nun bu işi davam etdirib etdirməyəcəyi bəlli deyil.

TƏYİNATA ƏNGƏL

Elə Pompeo-nun İranla bağlı sərt mövqeyi Senatda onun baş diplomat vəzifəsinə təsdiqlənməsi yolunda mümkün maneə sayılır.

Senator Rand Paul deyib ki, Pompeo-nun, eləcə də MKİ rəhbəri yerinə Gina Haspel-in təyinatını əngəlləməkdən ötrü “əlindən gələni edəcək”. Senatorun fikrincə, onların hər ikisi İranda “rejim dəyişikliyi”ni dəstəkləyir və bu da hərbi münaqişəyə apara bilər.

Martın 14-də İranda bəzi qəzetlər də Pompeo-nun dövlət katibi olması perspektivindən narahatlıq ifadə ediblər.

İslam İnqilab Keşikçiləri Korpusuna yaxın olduğu bildirilən “Javan” qəzeti yazıb ki, Tillerson-un Pompeo ilə əvəzlənməsi nüvə sazişinin sonu deməkdir.

İranın BMT-dəki keçmiş elçisi Ali Khorram isə islahatpərəst “Arman” qəzetində yazıb:

“Pompeo beynəlxalq qaydaları əsas gətirərək İraq müharibəsinə oxşar müharibə aparmaqda çox maraqlıdır. Avropa ölkələri onun arzusunun balanslaşdırılmasında rol oynayacaqlar”, – Khorram yazıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG