Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:49

ABŞ rusiyalı hakerləri ittiham edir


İllüstrativ foto
İllüstrativ foto

Birləşmiş Ştatlar ilk dəfə olaraq Rusiya hökumətini ölkədəki kiberhücumlara görə ittiham edir, həmin hücumların ABŞ-da elektrik şəbəkəsini, su sistemlərini, digər vacib infrastrukturu hədəfə aldığını bildirir.

Martın 15-də Birləşmiş Ştatlarda yayılmış təhlükəsizlik xəbərdarlığında bildirilir ki, Rusiyanın hökumət hakerləri ABŞ-da istehlakçıların gündəlik tələbatda asılı olduqları çoxsaylı sektorlara nüfuz etməyə çalışırlar. Məlumata görə, 2016-cı ilin martından, ondan da əvvəl başlanmış hücumlar enerji, nüvə, su, aviasiya və emal sahələrini hədəfə alıb.

İQTİSADİYYATA TƏHLÜKƏ

Rusiyalı haketlərin yol verdiyi iddia olunan pozuntular ABŞ xəzinədarlığının martın 15-də Rusiyaya tətbiq etdiyi yeni sanksiyalara əsaslardan biri kimi göstərilib.

*** Buna da bax: Qərb texnologiyasından haker hücumunda istifadə olunur

Daxili Təhlükəsizlik Departamenti və Federal Təhqiqat Bürosu (FBI) bildirir ki, Rusiyanın hökumət kiber oyunçularının apardığı çoxmərhələli müdaxilə kampaniyası kiçik kommersiya obyektlərini hədəfə alıb.

ABŞ kəşfiyyat rəsmisinin bildirməsinə görə, ölkənin vacib infrastrukturuna kiberhücumlar elektrik təchizatında, nəqliyyat sistemlərində böyük pozuntu yaradarsa, bu, iqtisadiyyata ciddi ziyan vurar.

Amma martın 15-də haqqında açıqlama verilmiş müdaxilələr irimiqyaslı ziyan törədə bilməyib.

ABŞ rəsmiləri mümkün pozuntulardan narahatdırlar. Şübhəli rusiyalı hakelər 2015 və 2016-cı illərdə kiberhücumlar vasitəsiylə Ukraynada elektrik verilişində müvəqqəti kəsinti yarada bilmişdi, bu, yüzminlərlə müştəriyə təsirini göstərmişdi.

“BELƏ BİR NİYYƏT VAR”

ABŞ rəsmiləri deyirlər ki, 2017-ci ilin iyununda "NotPetya" kiberhücumunda Rusiya hərbisinin əli olmasına inanırlar. Həmin hücum tarixdə ilk dəfə olaraq qlobal miqyasda şirkətlərə böyük ziyan vurmuşdu.

*** Buna da bax: Almaniyaya kiberhücum davam edir

Birləşmiş Ştatların təhlükəsizlik rəsmisi Rick Driggers martın 15-də jurnalistlərə deyib ki, indiyədək ABŞ-da kritik infrastruktura Rusiya tərəfindən müdaxilə ancaq biznes şəbəkələrinə məhdudlaşıb, heç bir zavodun idarə sisteminə təsir göstərə bilməyib.

“Onların nəzarət şəbəkəsinə keçdiyini görməmişik, ancaq belə bir niyyətin olduğunu bilirik”, – o deyib.

ABŞ kəşfiyyat rəsmiləri bu yaxınlarda ifadələrində deyiblər ki, Kreml Qərbə qarşı haker əməliyyatı apararaq buna görə böyük bədəl ödəməyəcəyinə inanır.

Rusiya isə digər ölkələrin sistemlərinə haker hücumları etmədiyini bildirir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG