Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:50

Almaniyaya kiberhücum davam edir


İllüstrativ foto
İllüstrativ foto

Bu həftə Almaniya hökumətində baş verdiyi bildirilən böyük kiberhücum “ciddi” və “ziyanverici”dir, hələ də davam edir. Bunu alman deputatlar və rəsmilər deyir.

Bu fikirlər martın 1-də Berlində Bundestaqın parlamentə nəzarət komitəsinin fövqəladə iclasında səslənib. Daha öncə isə hökumət əmin edirdi ki, hücum “önlənib və nəzarətə alınıb”.

Təhlükəsizlik pozuntusunun ziyanı böyük olub. Detalların açıq müzakirəsi hücumu gerçəkləşdirənlərə bir siqnal vermiş olar – biz təslim olmaq istəmirik”, – parlamentin kəşfiyyata nəzarət komitəsinin sədri Armin Schuster deyib. Onun işi kəşfiyyat xidmətlərinin işinə monitorinqdir.

“ÇOXDAN BİLİR VƏ DEYİRDİK”

Vəzifədən getməkdə olan daxili işlər naziri Thomas de Maiziere kiberhücumu “texniki baxımdan təkmil” adlandırıb, onun uzun müddət planlaşdırıldığını vurğulayıb.

Thomas de Maiziere (solda)
Thomas de Maiziere (solda)

Alman mediası anonim rəsmilərə və sənədlərə istinadla martın –də yazıb ki, haker hücumunun Rusiyanın “İlan”, yaxud “Turla” adlı haker qrupundan gəldiyi görünür. Bu qrup 2005-ci ildən fəaliyyət göstərir.

Daha öncəki məlumatlarda Rusiyanın “Fancy Bear”, yaxud “APT28” haker qruplarının adları çəkilirdi. Bəziləri bu qrupun Rusiyanın GRU hərbi kəşfiyyat agentliyinə bağlı olduğunu iddia edir. 2016-cı ildə ABŞ-da seçki kampaniyası zamanı demokratların namizədi Hillary Clinton-a hücumların da bu qrup tərəfindən gerçəkləşdirildiyi bildirilirdi.

Hücum edənlərin adı rəsmən açıqlanmayıb. Bəzi deputatların fikrincə, hakerlər qəsdən “Fancy Bear”in taktikasını da seçə bilərlər.

Təhlükəsizlik mənbələri “dpa” agentliyinə hücumun hələ 2016-cı ilin sonundan hazırladığını söyləyib.

“Bunu çoxdan bilir və deyirdik. Fərqli motivləri olan tərəflər kibertəhlükəsizliyimizi hədələyir”, – De Maiziere vurğulayıb.

De Maiziere hökumətin hücumu nəzarət altına alması barədə dediklərini təkrarlayıb. “Hazırkı durum təhlükəsizlik xidmətlərinin uğurla işlədiyini sübut edir”, – o söyləyir.

Təhlükəsizlik xidmətlərinə hələ dekabrda tərəfdaş agentlik tərəfindən informasiya verilib ki, Almaniyada şəbəkə kiberhücum qurbanı olub. Dpa-nın məlumatına görə, IT ekspertləri hakerlərin Xarici İşlər Nazirliyində Rusiya və Şərqi Avropayla bağlı bir sənədi əldə etməyə çalışdığını müşahidə ediblər.

Almaniya Bundestaqına 2015-ci ildə böyük kiberhücum olmuşdu, o zaman “Fancy Bear” günahkar sayıldı. Hücum zamanı əldə edilmiş, ötən il Almaniya seçkilərinə təsir göstərəcək informasiyanın yayılacağı sarıdan qorxular yaransa da, bu baş vermədi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG