Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyul, şənbə, Bakı vaxtı 23:28

Dövlət Təhlükəsizliyi, Xarici Kəşfiyyat Xüsusi Dövlət Mühafizə xidmətlərinin hərbi qulluqçularının, mülki işçilərinin maaşları artırılıb.

Azərbaycan prezidenti İlham Əliyev martın 9-da bununla bağlı sərəncamlar imzalayıb.

Həmin sənədlərə görə, Dövlət Təhlükəsizlik Xidməti (DTX), Xarici Kəşfiyyat Xidməti (XKX) və Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) hərbi qulluqçularının, dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə maaşları martın 1-dən 10 faiz artırılır.

Sərəncamların icrası Nazirlər Kabinetinə tapşırılıb.

Prezident həmçinin, müharibə veteranlarına dövlət qayğısının artırılması ilə bağlı əlavə tədbirlər haqqında da sərəncam imzalayıb.

Buna da bax: İqtisadçı: 'Pensiyalarda bu artım 1 kiloqram kərə yağı etmir'

Həmin sərəncama görə, Azərbaycan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına 300 000 (üç yüz min) manat ayrılıb.

Xatırlatma

Son bir neçə həftə ərzində Azərbaycanda bəzi təqaüd, müavinət və əmək haqları artırılıb. Bu, ölkə başçısının fərman və sərəncamları ilə mümkün olub.

Maaşlar, müavinətlər 10, təqaüdlər isə 10 faizdən 70 faiz arasında artırılıb.

Bəzi ekspertlər, eləcə də müxalif siyasi qüvvə təmsilçiləri ölkə başçısının son sərəncam və fərmanlarının gec verildiyini düşünürlər. Onlar əmək haqlarının artırılmasını təqdir edirlər. Ancaq qeyd edirlər ki, ölkə başçısının növbədənkənar prezident seçkiləri (aprelin 11-də keçiriləcək) öncəsində belə qərarlar verməsi həm də seçkidə səslərin əldə edilməsinə yönəlib.

Ancaq hakimiyyət tərəfdarları da deyirlər ki, belə addımlar, bir qayda olaraq, davamlı atılır. Üstəlik, bu fərman və sərəncamlar qanunvericiliklə ziddiyyət təşkil etmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG