Keçid linkləri

Təcili xəbərlər
2018, 19 İyul, Cümə axşamı, Bakı vaxtı 11:58

Mitinq təşkilatçıları Bakı polisinə çağrılıb


Mitinq

Müxalifətin planlaşdırılan mitinqinin təşkilatçıları, Milli Şura və Müsavat Partiyası təmsilçiləri Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) olublar. Onlarla mitinqin təşkili ilə bağlı söhbət aparılıb.

Bunu AzadlıqRadiosuna Milli Şuraya daxil olan AXCP rəyasət heyətinin üzvü İlham Hüseyn bildirib.

İ.Hüseynin deməsinə görə, polis mitinq təşkilatçılarına öncədən elan edilmiş şüarlardan kənara çıxmamaq, qanundankənar addımlar atmamaqla bağlı xəbərdarlıq edib.

Müxalifətçilər xəbərdarlıqla bağlı müvafiq protokollara imza atıblar.

Xatırlatma

Milli Şura və Müsavat Partiyası sabah, martın 10-u Bakıda mitinq keçirmək niyyətindədir. Bakı Şəhər İcra Hakimiyyəti artıq birgə mitinqə icazə verib.

Etiraz aksiyasının «Monarxiyaya son», «Siyasi məhbuslara azadlıq», «Korrupsiyaya son», «Bahalaşmaya etiraz edirik» və başqa bu kimi şüarlar altında keçirilməsi nəzərdə tutulur.

Günün bütün mövzuları

XS
SM
MD
LG