Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:42

“Şimal Axını-2” kəmərinə qarşı çıxanların planı


Şimal Axını-2 kəmərinin ilk boruları, arxiv fotosu
Şimal Axını-2 kəmərinin ilk boruları, arxiv fotosu

Şərqi Avropanın bir neçə ölkəsi Rusiyanı Almaniyaya birləşdirəcək yeni qaz kəmərinə müxalif mövqeyini gücləndirib. “VOA News”un əməkdaşı Henry Ridgwell yazır ki, bu narahatlıq Vaşinqtonda da səslənməkdədir.

Ən sərt tənqidçilər Estoniya, Latviya və Litvadır. Ötən həftə bu ölkələrin xarici işlər və müdafiə nazirləri Vaşinqtonda amerikalı həmkarlarıyla görüşüblər.

Şimal Axını-2 Rusiya qazını Qərbi Avropaya aparacaq. Tənqidçilərin fikrincə, bu, Rusiyadan asılılığı gücləndirəcək və bu ölkədə dövlətə məxsus enerji şirkətlərini zənginləşdirəcək. Həm də bu arada Moskva Avropanın təhlükəsizliyini hədələməkdə suçlanır

11 milyard dollarlıq, 1225 kilometrlik, Baltik dənizindən keçən kəmər gələn il tamamlanmalıdır.

*** Buna da bax: Dövlət Departamenti Rusiya rəsmilərinə qarşı yeni sanksiyalar barədə məlumat verib

“İQTİSADİ VƏ KOMMERSİYA LAYİHƏSİDİR”

Kəməri Shell və Rusiyanın dövlətə məxsus Gazprom enerji nəhəngi dəstəkləyir. Ancaq özəl layihə olmasına baxmayaraq, Berlin və Moskva ona güclü dəstək verib.

Bu layihənin icrasını dəstəkləyirik və şübhəsiz ki, o, siyasətdən tamamilə azaddır, sırf iqtisadi və kommersiya layihəsidir”, – Rusiya prezidenti Vladimir Putin deyib.

Şərqi Avropadan bir sıra dövlətlərin mövqeyincə, Avropa Rusiyayla böyük biznesə girişməməlidir.

Hazırda təhlükəsizlik getdikcə daha bölünməz olur. Daxili və xarici təhlükəsizlik, eləcə də coğrafi baxımdan aydın fərq yoxdur”, – Estoniyanın xarici işlər naziri Sven Mikser bildirib.

Birləşmiş Ştatlar da Şimal Axını-2 layihəsinə qarşıdır. Vaşinqton Rusiyanın bir sıra enerji şirkətlərinə də sanksiya qoyub. Sanksiyalar Moskva Ukraynanın Krım vilayətini 2014-cü ildə ilhaq edəndən sonra qoyulub. Ancaq sanksiyalar hələlik, Şimali Axını-2-yə aid deyil.

*** Buna da bax: ABŞ diplomatı: “Şimal axını-2 çəkilməyəcək”

Mərkəzi və şərqi Avropada problemli yerlər ola bilər, həmin yerlərdə qiymət yüksələ, Rusiyadan qazın siyasi məqsədlərlə kəsilməsinə daha çox məruz qala bilərlər. Ukrayna illik tranzit haqqından 2 milyard dollaradək itirəcək”, – Avropa İslahat Mərkəzindən Noah Gordon deyib.

MÖHKƏM QAZ BAZARI YARATMAQ

Şimal Axını 2-nin opponentlərindən biri də Avropa Komissiyasıdır, ancaq onu əngəlləməyə hüquqi əsasın da olmadığını bildirir. Avropa Birliyi ümid edir ki, Avropa ölkələrini birləşdirən kəmərlərə investisiya qoymaqla riski azalda bilər.

Məqsəd qazın sərhədlərdən azad keçə biləcəyi möhkəm qaz bazarı yaratmaqdır”, – Gordon söyləyib.

İki ildir Ukrayna Rusiyadan qaz almayıb. Əvəzində onlar qaz alırlar, adətən də elə Rusiya qazını Almaniya, Niderland kimi avropalı treyderlərdən əldə edirlər. Əgər Avropanın qaz bazarı yetərincə güclü olsaydı, yaxud Avropa daha az qaz işlətsəydi, Rusiya bir daha qazdan silah kimi istifadə edə bilməzdi”, – o, sözlərinə əlavə edib.

*** Buna da bax: Medvedev deyir ki, Avropa Rusiyanın Şimal axını-2 layihəsini əngəlləmək istəyir

Şimal Axını-2-yə kəskinliklə qarşı çıxan Polşa və Litva mayeləşdirilmiş təbii qaz – LNG terminalları tikib. Polşa ötən il ABŞ-dan Avropaya ilk LNG göndərişinin daxil olmasına nail olub. ABŞ prezidenti Donald Trump-sa bildirib ki, Avropaya LNG ixracını artırmaq istəyir.

Şimal Axını-2-nin opponentləri deyirlər ki, ABŞ-dan idxal hesabına təchizatlarını diversifikasiya edə və Rusiyanın qazdan siyasi silah kimi istifadəsini önləyə bilərlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG