Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:44

ABŞ diplomatı: “Şimal axını-2 çəkilməyəcək”


Şimal axını-2 layihəsinin loqosu
Şimal axını-2 layihəsinin loqosu

ABŞ diplomatı ziddiyyətli Şimal Axını-2 kəmərinin çəkilməsi ideyasını rədd edir.

Noyabrın 29-da Brüsseldə jurnalistlərə telefonla müsahibə verən ABŞ dövlət katibinin köməkçisinin müavini John McCarrick deyib ki, ABŞ rəsmiləri “Şimal axını-2 kəmərinin çəkilməsini mümkün saymır”.

“Biz bunun baş verəcəyini gözləmirik”, – Dövlət Departamentinin Enerji Resursları Bürosunda çalışan McCarrick deyib.

“NİYƏ BAŞQA VARİANT SƏSLƏNDİRİM Kİ?”

Detallara gəlincə, McCarrick cavab verib ki, “bunun baş verməyəcəyinin bir sıra səbəbləri var… Əsas məsələ odur ki, biz buna qarşıyıq. Bunun baş verəcəyini gözləmirik, niyə başqa bir variant, yaxud ehtimal səsləndirim ki?”

Bu ilin əvvəlində Birləşmiş Ştatlar “Şimal axını-2”, eləcə də Rusiyanın Avropadakı digər enerji layihələrində iştirak edən Avropa şirkətlərinə qarşı sanksiyalara çağırıb.

Bu kəmərin Baltik dənizinin dibiylə Rusiyadan Almaniyaya çəkiləcəyi, Avropanın bir sıra tranzit ölkəsindən yan keçəcəyi gözlənir. Kəmərin tikintisi 2019-cu ildə başa çatmalıdır.

Almaniya layihəni dəstəkləyib. Kəmərin Rusiyadan Almaniyaya ildə 55 milyard kubmetr qaz daşıyacağı planlaşdırılır.

Avropa Birliyinin bir sıra üzvləri bu layihənin Moskvanın əlini gücləndirəcəyindən narahatdır. Belə ki, Avropanın Rusiya qazından asılılığı artacaq.

Kəmərin həmçinin Ukraynanın qaz tranzitindən gəlirlərini də azaldacağı gözlənir. Bu, şərq regionlarında rusiyapərəst separatçılara münaqişə gedən ölkənin kövrək iqtisadiyyatına zərbə vura bilər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG