Keçid linkləri

Təcili xəbərlər
2023, 03 İyun, şənbə, Bakı vaxtı 01:35

Medvedev deyir ki, Avropa Rusiyanın Şimal axını-2 layihəsini əngəlləmək istəyir


Rusiyanın baş naziri Dmitri Medvedev deyib ki, Avropa İttifaqının Şimal axını-2 qaz kəməri layihəsini tənzimləmək planı onun icrasının bilərəkdən mürəkkəbləşdirilməsi və Moskvanın ondan imtinaya məcbur edilməsi cəhdi kimi görünür.

Medvedevin noyabrın 14-də verdiyi bu bəyanatdan əvvəl Avropa Komissiyası bildirmişdi ki, Avropa İttifaqının daxili enerji bazarının prinsipləri Rusiyanın 1200 kilometrlik kəmər layihəsinə də tətbiq ediləcək.

Şimal axını-2 kəməri Rusiya qazını Baltik dənizonin dibi ilə Avropa İttifaqının üzvü olan Almaniyaya nəql etməlidir.

Avropa Komissiyasının təklifinə görə ümumiyyətlə Avropa İttifaqına daxil olan bütün kəmərlər ittifaqın yurisdiksiyasına tabe edilməlidir.

Bu təklifə görə Avropa İttifaqına daxil olan bütün kəmərlər ittifaqın 28 üzvü üçün icbari olan şəffaflıq, açıqlıq və səmərəlilik prinsiplərinə uyğun olmalıdır.

Noyabrın 8-də Avropa Komissiyasının vise-prezidenti Maros Sefcoviç yeni təklifləri təqdim edərkən Şimal axını-2 kəmərini “ziddiyyətli layihə” adlandırmış və demişdi ki, bu kəmər leqal qaydalardan yan ötərək çəkilə bilməz.

Şimal axını-2 layihəsi 2015-ci ildə Avropanın Rusiya qazından asılılığını artıracaq bir layihə kimi tənqid edildikdən sonra təxirə salınmışdı.

Medvedev deyib ki, “bizim bu layihənin icrasına olan niyyətimiz dəyişməyib”.

Rusiya baş naziri bildirib ki, “Şimal axını-2 layihəsi siyasi alət yox, sırf kommersiya layihəsidir və Avropanın eneji təhlükəsizliyinə xidmət edir”.

Rusiyanın dövlət qaz nəhəngi Gazprom bu layihənin yeganə səhmdarı olacaq, hərçənd Avropa İttifaqının bir neçə şirkəti kəmər çəkilişi xərclərinin tən yarısını üzərlərinə götürmək niyyətini bildiriblər.

XS
SM
MD
LG