Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 15:25

Tehran həbsxanasında ölmüş fəalın arvadını ölkədən buraxmırlar


Kavous Seyed-Emami

Ötən ay Tehranda həbsxanada ölmüş İran əsilli kanadalı ətraf mühit fəalının həyat yoldaşını ölkədən buraxmırlar. Bunu onun iki oğlu bildirib.

İran rəsmiləri sosiologiya professoru, Fars İrsi Vəhşi Təbiət Fondunun direktoru Kavous Seyed Emami-nin iki həftə öncə həbsdə intihar etdiyini bildirib. O, casusluq ittihamıyla saxlanmışdı.

Ailəsi və fəallar Emami-yə ittihamları rədd edib, onun intihar etməsi versiyasına şübhəylə yanaşıb, müstəqil istintaq tələb edib.

“BİR KANADALI OLARAQ...”

Fəalın oğlanları – Ramin və Mehran martın 7-də Kanadaya uçublar. Ancaq demələrinə görə, hakimiyyət anaları Maryam Mombeini-nin pasportunu müsadirə edib.

*** Buna da bax: İran rejimi professor Emami-nin həbsxanada özünə qəsd etdiyini deyir

Hər üçünün İran-Kanada vətəndaşlığı var.

Kanadanın xarici işlər naziri Chrystia Freeland Mombeini-nin İrandan buraxılmamasından “qəzəbləndiyini” bildirib.

Tələb edirik ki, bir kanadalı olaraq, ona evinə qayıtma azadlığı verilsin”, – Freeland martın 7-də Twitter-də yazıb.

Seyed Emami-nin həbsdə ölümü İran həbsxanalarında saxlananlarla rəftar baxımından narahatlıq yaradıb.

Oğlu, tanınmış müğənni olan Ramin deyib ki, ailəyə işlə bağlı susmaqdan ötrü hakimiyyət tərəfindən təzyiq göstərilib.

Ramin-in sözlərinə görə, atasının ölümündən sonra ailə “tam bir xaos və terror” içində yaşayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG