Keçid linkləri

Təcili xəbərlər
2021, 25 İyun, Cümə, Bakı vaxtı 07:44

İran rejimi professor Emami-nin həbsxanada özünə qəsd etdiyini deyir


Kavous Seyed Emamy

İran hakimiyyəti casusluğa görə həbs edilmiş İran və kanadalı fəal Kavous Sayed Emami-nin həbsxanada özünə qəsd etdiyini bildirir.

Tehran prokuroru Abbas Jafari Dolatabadi yarımrəsmi İLNA agentliyinə, onun həbsxanada özünü öldürdüyünü bildirib.

Ekoloji fəal, sosioloq Sayed Emaminin ikili-İran və Kanada vətəndaşlığı var idi, İrandakı “Imam Sadegh” universitetinin professoru idi.

O,yanvarın 24-də həbs edilmişdi.

Onun ölümü barədə ilk olaraq oğlu, iranlı musiqiçi Raam Emami məlumat yayıb.

Onun sözlərinə görə anası fevralın 9-da atasının ölüm xəbərini alıb.

Sayed Emami neçə onilliklərdi ki, İran rejimə məxsus bu universitetdə sosiologiyadan dərs verirdi.

Məlumatlara görə, fərqli düşüncəsi barədə məlumat verməkdən heç vaxt çəkinmirmiş, əksinə bunu özünə borc bilirmiş.

Kanada xarici işlər nazirliyinin sözçüsü məsələnin araşdırıldığını deyir.

Bu son vaxtlar İran həbsxanasından gələn ilk belə xəbər deyil.

İranın məhkəmə sistemi bundan əvvəl də bu yaxınlarda keçirilən etiraz nümayişləri zamanı həbs edilən fəallardan 3-nün həbsxanada özlərini öldürməsi barədə məlumat yayıb.

Amma iranlıların əksəriyyəti bu versiyaya inanmır.

Bu yaxınlarda İranda sosial tələblərlə başlayan etirazlar tezliklə ölkə boyu hökumət əleyhinə kütləvi nümayişlərə çevilirdi.

Həmin etiraz aksiyasından sonra ölkədə kütləvi həbslər başladı.Hazırda xeyli adam hələ də həbsdədir. Etiraz ksiyaları bir neçə həftədir ki, dayanıb.

XS
SM
MD
LG