Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Sentyabr, bazar, Bakı vaxtı 19:57

'DəmirBank' kreditorlarının müraciət müddəti uzadıldı


Dəmirbank

"Dəmirbank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) kreditorlarının müraciətinin müddəti bir ay daha uzadılıb.

Əmanətlərin Sığortalanması Fondu bildirir ki, Bakı Apellyasiya Məhkəməsi belə qərar verib.

Məhkəmə qərarına əsasən, martın 6-dan etibarən kreditorlar 30 gün müddətində tələblərini təqdim etmək hüququna malikdirlər.

Əvvəlcə bankın əmanətçilərinə yanvarın 5-dən martın 5-dək müraciət etməkdən ötrü vaxt verilmişdi.

Ləğv prosesində olan "DəmirBank" ASC-nin kreditorları öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və lazımı başqa məlumatları təqdim etməlidirlər.

Buna da bax: 'DəmirBank'ın lisenziyası ləğv edilir

Kreditorlar deyilən müddətdə "DəmirBank" ASC-nin ləğvedicisi təyin edilən Əmanətlərin Sığortalanması Fonduna müraciət edə bilərlər.

Bankın sığortalanan əmanətlərlə bağlı kompensasiyasını əmanətçilərə "Kapital Bank" nağdsız köçürmə və ya "Xəzri" pul köçürmə sistemi ilə verir.

İndiyədək «DəmirBank»ın qorunan əmanətləri üzrə 43.2 milyon manat kompensasiya ödənildiyi bildirilir.

Xatırlatma

Maliyyə Bazalarına Nəzarət Palatası (MBNP) ötən il dekabrın 22-də «DəmirBank» ASC-nin lisenziyasını ləğv edib. Bu, bankın öhdəliklərini yerinə yetirə bilməməsi ilə izah edilib.

MBNP-nın açıqlamasına görə, bankda 63.5 milyon manat qorunan əmanət olub.

İlkin qiymətləndirmələrə görə, bankda qorunmayan əmanətlər isə 28.3 mln manat təşkil edib. Qorunmayan əmanətlərin qaytarılmasından isə hələ ki, söhbət getmir.

2016-cı ildə isə ölkədə 10-dan çox bank bağlanmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG