Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:50

'DəmirBank'ın lisenziyası ləğv edilir


"Dəmirbank"
"Dəmirbank"

“DəmirBank” Açıq Səhmdar Cəmiyyətinin (ASC) lisenziyasının bu gün, dekabrın 23-dən etibarən ləğv ediləcəyi bildirilir.

AZƏRTAC-ın xəbərinə görə, bu barədə dekabrın 22-də Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurası qərar verib.

Palata bu qərarı bankın məcmu kapitalının müəyyən edilən minimum miqdardan və adekvatlıq əmsalının qanunvericiliklə nəzərdə tutulan 3 (üç) faizdən az olmasına əsasən qəbul edildiyini bildirir. Habelə, qərar kreditorları qarşısında olan öhdəliklərini yerinə yetirilməməsi ilə izah edilib.

Buna da bax: Beynəlxalq Bankın özəlləşdiriləcəyi tarix açıqlandı

«“DəmirBank” ASC Əmanətlərin Siğortalanması Fonduna üzv bankdır. Əhalinin bu bankda qorunan əmanətlərini Fond ödəyəcək. Palatanın qərarına əsasən, banka müvəqqəti inzibatçı təyin edilib. “DəmirBank” ASC barəsində iflas proseduruna başlanması ilə əlaqədar Palata məhkəməyə müraciət edib», – məlumatda vurğulanır.

Bu qərara, hələlik, “DəmirBank” ASC rəhbərliyindən münasibət almaq mümkün olmayıb.

Buna da bax:​ Bu il Azərbaycan iqtisadiyyatı 1.4 faiz azalacaq

Ötən il Azərbaycanda 11 bankın da lisenziyası ləğv edilmişdi. Bu qərarlar da həmin bankların öhdəliklərini yerinə yetirə bilməmələri ilə izah edilmişdi. Həmin banklarda qorunan əmanətlərin heç də hamısı, hələ ki, tam ödənilməyib. Qorunmayan əmanətlərin qaytarılmasından isə söhbət getmir.

Azərbaycanda hazırda 30 bankın qaldığı bildirilir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG