Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Dekabr, Cümə, Bakı vaxtı 10:04

Dörd oldular…


Seçki (arxiv fotosu)

MSK daha 3 iddialının namizədliyini qeydə aldı.

Mərkəzi Seçki Komissiyası (MSK) aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkisində iddialılardan daha 3 nəfərin namizədliyini rəsmən qeydə alıb.

“Turan” agentliyinin xəbərinə görə, MSK-nın martın 7-də keçirilən toplantısında namizədliyi öz təşəbbüsü ilə irəli sürülən deputat Zahid Orucun, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadənin və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının rəhbəri Qüdrət Həsənquliyevin müraciətinə baxılıb.

Hər üç iddialının namizədliyi qeydə alınıb.

Buna da bax: ‘Seçki-2018, namizədlər’: İlham Əliyev kimdir?

Beləliklə, namizədliyi qeydə alınanların sayı 4-ə çatıb.

MSK bundan öncə, Yeni Azərbaycan Partiyasının sədri, hazırkı prezident İlham Əliyevin namizədliyini qeydə almışdı.

İndiyədək 15 nəfər prezidentliyə iddialı olduğunu rəsmən açıqlayıb. Namizədliyin qeydiyyata alınmasından ötrü azı 40 min imza tələb edilir.

Buna da bax: 'Azercell'in yeni sahibi kim olacaq - dövlət ya ailə? [video]

Xatırlatma

Bu il Azərbaycanda prezident seçkisi dövlət başçısı İ.Əliyevin istəyi ilə 6 ay önə çəkilib. Aprelin 11-nə təyin edilən seçkilər oktyabrda keçirilməli idi.

Bir sıra müxalif qüvvələr-Milli Şura, Müsavat Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası isə seçkilərin azad və ədalətli keçirilməsindən ötrü şəraitin olmadığını bəyan edərək onu boykot ediblər. Liderləri hazırda həbsdə olan REAL Hərəkatının təmsilçiləri də vurğulayıblar ki, vəziyyət dəyişməyəcəksə, seçkilərə qatılmayacaqlar.

Dövlət başçısı İ.Əliyev isə son çıxışlarının birində qarşıdan gələn prezident seçkilərinin şəffaf, ədalətli, Azərbaycan qanunlarına tam uyğun şəkildə keçiriləcəyinə əmin olduğunu bildirib. Eyni sözləri MSK sədri Məzahir Pənahov da dilə gətirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG