Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:34

Azercell-in yeni sahibi kim olacaq - dövlət, ya ailə? [video]


Azercell-i kim aldı? Abunəçiləri nə gözləyir?
Gözlə

No media source currently available

0:00 0:14:55 0:00

Azercell-i kim aldı? Abunəçiləri nə gözləyir? [A-Live]

Ölkənin ən böyük mobil rabitə operatorlarından biri – “Azercell”in “Telia Sonera”ya aid 50 faizdən çox payını Azərbaycanın dövlət şirkəti, “Azerbaijan International Telecom” aldı.

Bu şirkət Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsusdur.

“Azercell”in payına dövlət 222 milyon avro sayıb. Məlumatı “Reuters” agentliyi yayıb.

Baş verənlər, Azərbaycan iqtisadiyyat üçün nə deməkdir?

Nəzərə alanda ki, hökumətin elan etdiyi hədəflər iqtisadiyyatda dövlət iştirakını azaltmaq, özəl müəssisələri stimullaşdırmaqdır.

Buna da bax: "Azərfon"a İlham Əliyevin qızlarına məxsus Panama şirkətləri nəzarət edir

Müxalifətdə olan Respublikaçı Alternativ Hərəkatının icra katibi, iqtisadçı Natiq Cəfərli deyir ki, dövlətin prosesdə iştirakı artdıqca büdcənin yükü artır:

Natiq Cəfərli
Natiq Cəfərli

“Bütün xərcləri yenə dövlət çəkəcək. Bu günə qədər bu işləri heç olmasa, özəl şirkət görürdü. Bundan sonra həm dövlətin öhdəlikləri yaranacaq, həm də vergilərin vaxtlı vaxtında ödəyəcəyi ilə bağlı zəmanət yoxdur”.

Buna da bax: ‘Təbrik edirik, sizin hava və valyuta xidmətiniz aktiv edildi’

Natiq Cəfərli deyir ki, indiyə qədər dövlət müəssisələri həmişə dotasiya ilə işləyiblər, az vergi veriblər, indi “Azercell”in verdiyi vergilərin azalacağı gözləniləndir. Onun sözlərinə görə, təcrübədə dövlət ən pis menecerdir və dövlət müəssisəni özəl şirkətlərdən daha pis idarə edir.

“Azercell”in payını almaqda dövlətin motivi nədir? Bu suala Rabitə nazirliyindən gün ərzində cavab ala bilmədik, telefon zənglərimizə cavab verilmədi.

İqtisadi təhlilçi Toğrul Maşallı deyir ki, ola bilsin ki, özəl şirkətlər bu payı almaq istəməyiblər:

Buna da bax: 'Azercell' abunəçini necə aldadır: 4G deyib 3G belə vermir

Toğrul Maşallı
Toğrul Maşallı

“Azərbaycan riskli bazardır, böhranlıdır, ona görə bir variant qalır, o da Azərbaycan hökumətinin əldə etməsi. İkinci məsələ isə budur ki, Azərbaycan hökuməti bazarı müəyyən qədər əldə etmək istəyir. Yavaş –yavaş bazarı əldə saxlamaq istəyir”.

Toğrul Maşallı deyir ki, ola bilsin ki, sonradan dövlət bu payı ölkə daxilində özəl şirkətlərdən birinə satsın. Amma Azərbaycanda qanunlar dəyişdiyindən, özəl şirkətlərin təsisçilərini müəyyən etmək olmur.

2014-cü ildə AzadlıqRadiosu-nun və OCCRP -nin, Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları layihəsinin bir araşdırması isə üzə çıxartmışdı ki, hələ 2014-cü ildə Azərbaycanda telekommunikasiya bazarının 70 faizinə prezident İlham Əliyevin qızları nəzarət edir.

Buna da bax: Azercell-də prezident qızlarının payı

Toğrul Maşallı deyir ki, “Azercell”in yeni sahibinin də dövlətdən sonra ailə şirkətinə keçəcəyi mümkündür.

Rabitə nazirliyi bu payı “TeliaSonera”dan alır. Şirkət elan edib ki, diqqətini daha çox Baltik və Şimal ölkələrinə yönəldəcək.

“Telia Sonera” Asiya bazarından çıxacağını 2015-ci ildə elan etmişdi. Bu hadisə şirkətin Özbəkistanın hakim ailəsi ilə bağlarının üzə çıxmasından sonra məlum olmuşdu.

Buna da bax: Prezidentə yaxın şirkətlər Azercell-i necə ələ keçirdi

AzadlıqRadiosu-nun və OCCRP-nin 2014-cü araşdırması iddia edirdi ki, "Azercell Telekom" MMC də müxtəlif ofşor strukturlar və nümayəndələr vasitəsilə İlham Əliyevin qızlarına bağlıdır.

İnformasiya sorğusuna cavabında, “TeliaSonera” bildirmişdi ki, hesabatda deyiləndən artıq detallara vara bilməyəcəklər.

Jurnalist araşdırmasına görə, hələ o vaxt, telekommunikasiya bazarının 70 faizi elə prezident İlham Əliyevin ailəsinə məxsus idi. Rəsmilər bu araşdırmaları təkzib etməmişdilər. Təkəlçilik - inhisarçılıq adətən xidmətin aşağı, qiymətin yuxarı olmasına səbəb olur.

Buna da bax: TeliaSonera Azərbaycandan qaçır

Biz Bakı sakinlərini, telekommunikasiya xidmətinin iştirakçılarını müzakirəyə qatmışıq, onlardan soruşmuşuq ki, belə olan halda, mobil rabitə operatorlarının işini necə qiymətləndirirlər, nəyin dəyişməsini istərdilər?

Mobil operatorların işində nələr dəyişməlidir?
Gözlə

No media source currently available

0:00 0:01:00 0:00

Azərbaycan iqtisadiyyatında iştirakı digər bazar sektorlarında da qabarır. Məsələn, hökumət pambıqçılığın, kənd təsərrüfatını prioritet elan etsə də, bu sahədə də əsas iştirakçı dövlətdir, özəl şirkətlər gözə dəymir.

Dövlətdən başqa prezidentin ailə üzvlərinin də iqtisadiyyatın başqa sahələrində, məsələn, bank sektorunda azı 20 faiz paya sahib olması barədə də jurnalist araşdırmaları var.

Buna da bax: TeliaSonera’s Behind-The-Scenes Connection To Azerbaijani President's Daughters

Bu araşdırmaların çoxunu prezident ailəsi təkzib etməyib.

Buna da bax:

Azadliq Radiosu: 65 il azadlığa doğru
Gözlə

No media source currently available

0:00 0:02:30 0:00

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG