Keçid linkləri

Təcili xəbərlər
2021, 07 Mart, bazar, Bakı vaxtı 15:36

Belarusun oktyabrda məhkum edam etdiyi bildirilir


Kiryl Kazachok

Belarus hakimiyyəti dörd ay öncə bir məhkumu edam edib. Həmin şəxs öz uşaqlarını öldürməkdə təqsirli bilinibmiş. Məlumatı Minskdə mənzillənən Vyasna (Bahar) insan haqları mərkəzi yayıb.

Mərkəz məhkum Kiryl Kazachok-un anasına istinadla yazır ki, ona da bu günlərdə oğlunun oktyabrda edam olunması haqda məlumat veriblər.

Amnesty International yanvarda yaydığı bəyanatda Kazachok-un işinə toxunur, prezident Alyaksandr Lukashenka-nı ölüm cəzasını ləğv etməyə çağırırdı.

Kazachok 2016-cı ilin dekabrında ölümə məhkum edilib, 17 yaşlı oğlu və 9 yaşlı qızını öldürməkdə, bununla ondan boşanmaq istəyən həyat yoldaşını cəzalandırmaqda təqsirli bilinib.

Məhkəmə Kazachok-un qətlləri törədərkən sərxoş olması qənaətinə gəlib.

Kazachok hökmdən apellyasiya şikayəti verməyib.

Belarus ölüm cəzasının qaldığı yeganə Avropa ölkəsidir.

Avropa Birliyi və insan haqları qrupları illərdir Belarusu ölüm cəzasının icrasına moratorium qoymağa çağırır.

Fəallar hazırda beş məhkumun ölüm cəzasının icrasını gözlədiyini bildirir.

XS
SM
MD
LG