Keçid linkləri

Təcili xəbərlər
2018, 26 Sentyabr, çərşənbə, Bakı vaxtı 11:28

Dövlət qulluğuna növbəti sənəd qəbulu başladı


Test imtahanı (arxiv fotosu)

Bu gün, martın 6-da dövlət qulluğunda inzibati rəhbər vəzifələr üzrə qəbul imtahanlarına sənədlərin verilməsinə başlanıb.

Bu haqda Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatında bildirilir . Məlumata görə, Bakı Asiya Universitetinin binasında olacaq imtahanlar martın 31-də keçiriləcək. İştirak etmək istəyənlər martın 30-dək sənədlərini təqdim etməlidir.

İmtahanda iştirak etmək istəyən iddiaçılar DİM-in portalında «Şəxsi kabinet»lərini yaratmalı, pul hesabı açmalıdırlar. Daha sonra qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçən, lakin imtahanda iştirak etməyən namizədlərin ödədikləri məbləğ geri qaytarılmayacaq.

Buna da bax: Azərbaycanda yaxşı vəzifəyə düzəlmək üçün nə lazımdır [video]

Qeydiyyat zamanı iddiaçıların ali təhsil haqqında məlumatları «Tələbə-məzun» dövlət elektron məlumat sistemi vasitəsilə yoxlanacaq. İddiaçı haqqında məlumatlar sistemdə olmadıqda onun qeydiyyatı aparılmayacaq.

Xaricdə təhsil almış şəxslər və sistemdə ali təhsil haqqında məlumatı olmayan başqa namizədlər birbaşa DİM-ə müraciət etməlidirlər.

Test imtahanından müvəffəqiyyətlə keçənlərə vəzifələrə uyğun sertifikatlar veriləcək. Həmin sertifikatların müddəti beş ildir. Namizəd dövlət qulluğu vəzifələri üzrə bir neçə sertifikat ala bilər. Ötən ildən Azərbaycanda dövlət qulluğuna və ali məktəblərə qəbul imtahanları ödənişlidir. Qiymətlər 10 manatdan 110 manat arası dəyişir. Ali məktəblərə qəbulla bağlı birinci dəfə imtahan verənlər ödənişdən azaddırlar.

Buna da bax: Dövlət qulluğunda keçid balları aşağı salınıb

Bundan əvvəl, fevralın 18-də dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçirilmişdi

Günün bütün mövzuları

XS
SM
MD
LG