Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:37

Azərbaycanda yaxşı vəzifəyə düzəlmək üçün nə lazımdır [video]


Azərbaycanda boş iş yerlərinin gizlədildiyi deyilir. İş axtarmağa nədən başlayırsan?
Gözlə

No media source currently available

0:00 0:14:53 0:00

Azərbaycanda boş iş yerlərinin gizlədildiyi deyilir. İş axtarmağa nədən başlayırsan? [A-Live]

Dövlət qurumlarında boş iş yerlərinin gizlədilməsi iddialarının ardı-arası kəsilmir. Dövlət İmtahan Mərkəzi də dövlət qulluğu üzrə qanunvericiliyin tətbiqi durumunu araşdırıb.

Mərkəzin Direktorlar Şurasının noyabrın 29-da keçirdiyi iclasda vurğulanıb ki, araşdırma nəticəsində bəzi dövlət orqanlarında vakant vəzifə olduğu halda bununla bağlı İmtahan Mərkəzinə məlumat verilmədiyi aşkarlanıb.

Ona görə də həmin dövlət orqanlarına pozuntuların aradan qaldırılması üçün məktub göndəriblər.

Mərkəzini mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə deyir ki, qanunvericilikdə vakant yerləri gizlədənlərin cərimələnməsini nəzərdə tutulur:

Buna da bax: Masallıda 'qul bazarı'nda qadınlar da iş axtarır

“Dövlət reyestr xidmətinə vakant yerlərlə bağlı məlumatların yerləşdirilməsi gecikdiriləndə və ya ümumiyyətlə yerləşdirilməyəndə buna məsul şəxs cəzalandırılır. Bizim bununla bağlı aidiyyatı qurumlar qarşısında məsələ qaldırmaq kimi səlahiyyətimiz var”.

İmtahan Mərkəzi dövlət qulluğuna qəbulla bağlı ilk imtahanı noyabrın 18-də keçirib. İnzibati icraçılar, yəni, baş məsləhətçi, baş müsahib, məhkəmə katibi kimi vəzifələrə isə dekabrın 17-də imtahan olacaq. Dekabrın 1-nə olan məlumata görə, 1439 nəfər qeydiyyat keçib. Dövlət qurumları 785 vakant yer ayırıb.

Buna da bax: Biz hələ yaşamırıq, nə vaxt ehtiyac olsa, onda yaşayacağıq

İmtahanlardan uğurla keçənlər sertifikat alır, bundan sonra iş müsahibələrinə qatılır. Bu müsahibədən də uğurla keçsə, dövlət qurumunda işə başlayır.

İqtisadçı Rəşad Həsənov deyir ki, Azərbaycanda bəzi işə götürənlər vakant yerləri gizlətmək öz maraqları var:

Rəşad Həsənov
Rəşad Həsənov

“Burada qeyri-rəsmi sövdələşmələr mövcuddur. Yəni, hansısa vakant vəzifəyə qeyri-rəsmi ödənişlər tələb edirlər. Bu da rüşvətxorluğa yol açır”.

Rəşad Həsənov deyir ki, bundan başqa həm də hansısa dövlət qurumuna rəhbərliyin yaxınları, qohum-əqrabalarını işə düzəltmək üçün gizlədilməsi hallarına da rast gəlinir.

Buna da bax: «Bütün günü iş gözləyirik»

Azərbaycan hökuməti bu cür qeyri-rəsmi sövdələşmələrin qarşısını almaq üçün dövlət qulluğuna imtahanların şəffaf, mərkəzləşdirilmiş imtahanlar qaydasında keçirməklə bağlı qərar qəbul etdiyi bildirir. 2017-ci ilin martında qəbul olunan yeni qaydalara görə dövlət qulluğuna işə qəbulu test yolu ilə keçirmək Dövlət İmtahan Mərkəzinə həvalə olunub.

Buna da bax: 13 ilə 1 milyon iş yeri, 9 aya 226 min?

Bəs, yaxşı vəzifəyə düzəlmək üçün nə lazımdır. Bakı sakinlərinin fikirləri fərqlidir. Kimisi savad və bacarığı, kimi də pul və yaxşı tanışının olmasını vurğulayır:

Yaxşı işə düzəlmək üçün nə lazımdır?
Gözlə

No media source currently available

0:00 0:01:37 0:00

Azərbaycanda vakant işlərin müəyyən səbəblərdən gizlədilməsi haqda çox eşidilib, çox yazılıb. Amma bu dəfə problemi Dövlət qurumu – Dövlət İmtahan Mərkəzi dilə gətirib.

Buna da bax: DSK: 'İş yerləri ilin əvvəlindən 12 min artıb'

Noyabrın 18-də Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahan şərtlərini ödəyən 13 nəfər isə müsahibədən də keçərsə, hansısa dövlət qurumunda aparat rəhbəri və ya şöbə müdiri ola biləcək.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG