Keçid linkləri

Təcili xəbərlər
2021, 25 Fevral, Cümə axşamı, Bakı vaxtı 12:12

Şərqi Qutaya yardım çatdırılması “dayanıb”


Şərqi Qutada yardım işçiləri

Beynəlxalq Qırmızı Xaç Komitəsi bildirir ki, Suriyada üsyançıların əlində olan Şərqi Qutaya yardım göndərişini dayandırmağa məcbur olub. Qurum yardım işçiləri üçün təhlükəsizlik durumunun pisləşdiyini bildirir.

Komitənin Suriyadakı sözçüsü Ingy Sedky martın 6-da bildirib ki, 46 yük maşını dolu yardımın böyük hissəsi bir gün öncə şərqi Qutadakı Duma şəhərinə göndərilib, amma missiya yarımçıq qalıb.

Duma Yerli Şurasının üzvü Iyad Abdelaziz-in bildirməsinə görə, doqquz yük maşını ərazini tərk etməli olub, çünki hökumət qüvvələri axşam ərazini atəşə tutub, hava zərbələri endirib.

Qutada 393 min nəfərin qaldığı bildirilir. Fevralın 18-də hökumət qüvvələri müttəfiqləri ilə birlikdə əraziyə hücumu gücləndirib, o vaxtdan burada 600-dən çox dinc sakin həlak olub.

Bu arada Türkiyə bildirib ki, Suriyanın şimalında doqquz yerdə didərgin əhali üçün düşərgələr quracaq. Burada Ankara kürd yaraqlılara qarşı əməliyyat aparır.

Düşərgələrdə cəmi 170 min nəfərin qalacağı bildirilir.

XS
SM
MD
LG