Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:12

Jurnalistin qətlindən sonra siyasi böhran davam edir


Jurnalistin xatirəsi yad edilir
Jurnalistin xatirəsi yad edilir

Slovakiyada araşdırmaçı jurnalistin qətlindən sonra yaranmış siyasi böhran davam edir. Prezident Andrej Kiska ictimai inamın bərpasından ötrü hökumətdə əməlli dəyişikliyə, ya da erkən seçki keçirməyə çağırıb.

Bir həftədir hökumətin gərginliyin azaldılması və inamın bərpası üçün hansı siyasi addımlar atacağını gözləyirəm. Bəziləri istefa verib, amma ölkəni etimad böhranından çıxaracaq heç bir plan görmürəm”, – Kiska martın 4-də deyib.

Baş nazir Robert Fico isə prezidentin təklifini rədd edib, onu qurbanların “məzarları üzərində rəqs etməkdə” suçlayıb.

*** Buna da bax: Slovakiyada araşdırmaçı jurnalist niyə öldürülüb

Jan Kuciak-la sevgilisi Martina Kusnirova bir həftə öncə evlərində ölü tapılıblar.

27 yaşlı Kuciak Slovakiyanın şərqindəki italyan biznesmenlər arasında şübhəli mafiya əlaqələrini araşdırırdı.

Martın 1-də Slovakiya hüquq-mühafizə orqanları iş üzrə istintaq çərçivəsində saxlanmış bütün italyan şübhəliləri azad edib. Polis saxlandıqları 48 saat ərzində onlar barəsində tutarlı dəlil aşkarlanmadığını bildirib.

Martın 2-də minlərlə adam paytaxt Bratislava və başqa şəhərlərdə nümayişə çıxaraq iş üzrə təcili tədbirlər görülməsini tələb edib.

İSTEFA TƏLƏBLƏRİ

Bu qətldən sonra Fico-nun koalisiya tərəfdaşları da hökumətin aparıcı üzvlərinin istefasını tələb edib. İstefası tələb olunanlar içində Fico-nun yaxın müttəfiqi, daxili işlər naziri Robert Kalinak da var.

Fransada yerləşən “Sərhədsiz Reportyorlar Təşkilatı” isə baş nazirə deyib ki, jurnalistlərdən üzr istəsin. Qurumun baş katibi Christophe Deloire 2 mart nümayişlərindən öncə Bratislavada nazir Fico ilə görüşüb. Görüşə ATƏT-in media azadlığı üzrə təmsilçisi Harlem Désirqatılıb.

*** Buna da bax: Prezident üstündə 'jurnalistlər üçün' yazılmış Kalaşnikov gəzdirirsə…

Görüş zamanı Deloire Avropanın bəzi siyasətçilərinin, hətta hökumət başçılarının jurnalistlər üçün yaratdığı “qorxulu mühit”i pisləyib. Belə ki, Çexiya prezidenti Milos Zeman ötən ilin oktyabrında üstündə “jurnalistlər üçün” yazılmış yalançı Kalashnikov silahını sərgiləyib. Slovakiyada baş nazir Fico isə bir neçə dəfə jurnalistləri təhqir edib.

Düşünürük ki, jurnalistləri dəfələrlə təhqir etdiyinizə görə üzrxahlıq və peşmançılıq bildirməlisiniz. Jan Kuciak-ın qətlindən sonra ədliyyə sisteminin onun qatillərini məhkum edə bilməsini təmin etmək, vergi fırıldağı, korrupsiyanı araşdıran jurnalistləri qorumaq öhdəyiliniz də var”, – RSF rəhbəri bildirib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG