Keçid linkləri

Təcili xəbərlər
2021, 08 Mart, Bazar ertəsi, Bakı vaxtı 07:56

Bitkiçilikdə güzəştlər


İlham Əliyev Lənkəranda. 02sent2017

Bitkiçilikdə intensiv inkişafın təmin edilməsi məqsədi ilə kənd təsərrüfatı məhsullarının istehsalçılarına güzəştlər ediləcəyi bildirilir.

Prezident İlham Əliyev martın 2-də bununla bağlı sərəncam imzalayıb.

Sərəncamın kənd təsərrüfatı məhsullarının istehsalını stimullaşdırmaq və bitkiçiliyin intensiv inkişafını təmin etmək məqsədi ilə verildiyi qeyd edilir.

Sənəddə Nazirlər Kabinetinə göstərişlər əksini tapıb. Göstərişlərə görə, genetik modifikasiya olunmamış (genetik materiyalı dəyişdirilməyən - AR) bitkilərin əkin sahəsinin və çoxillik əkmələrin hər hektarına görə, tətbiq edilən güzəştin ümumi məbləğinin yuxarı həddi 50 faiz artırılmalıdır. Pestisidlərin (Kimyəvi maddələr. Ziyanvericilərə və ya alağa qarşı istifadə edilə bilər - AR) satış qiymətinə tətbiq edilən güzəştin məbləğinin yuxarı həddi isə 5 dəfə artırılacaq.

Buna da bax:​ Prezident sitrus meyvələri, çay və çəltik istehsalına diqqəti artırır

Sərəncamda nəzərdə tutulmuş fəaliyyətlər dövlət büdcəsində ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərə ayrılman vəsait hesabına təmin olunmalıdır. Növbəti illərdə tələb olunacaq vəsaitlərsə, hər il dövlət büdcəsində nəzərə alınacaq.

Xatırlatma

Hökumətin qərarına əsasən, 2007-ci ildən yanacaq və motor yağlarının istifadəsinə görə fermerlər 1 hektara 50 manat subsidiya alır. Bu qərar həmin vaxt ölkədə yanacağın qiyməti bahalaşdıqdan sonra verilmişdi.

Buna da bax:​ Astarada qəbula gələn: 'Nazir mənə 5 manat versin, çörəkpulu edim'

Buğda və bəzi başqa bitkilərə görə də subsidiyaya bir o qədər əlavə edilir.

Bundan başqa fermerlər güzəştli qiymətə dərman və gübrələrlə də təmin edilməlidir. Hərçənd, bununla bağlı tez-tez şikayətlər eşidilir.

XS
SM
MD
LG