Keçid linkləri

Təcili xəbərlər
2021, 17 İyun, Cümə axşamı, Bakı vaxtı 06:45

Gömrük Komitəsindən karqo şirkətlərinə ittiham


Gömrük

Dövlət Gömrük Komitəsi (DGK) son zamanlar Türkiyədən yükdaşımaya aid şikayətlərə münasibət bildirib.

«Türkiyədən idxal edilən malların nəqliyyat xərclərinin artması ilə bağlı ötən gün bir sıra kütləvi informasiya vasitələrinə (KİV) müsahibə verən bəzi yükdaşıma (karqo) şirkətlərinin nümayəndələri bunu gömrük vergi və rüsumlarının artırılmasına dair həqiqətəuyğun olmayan məlumatlarlarla əsaslandırmağa çalışıblar», - DGK Mətbuat xidmətinin açıqlamasında vurğulanır.

Komitə bildirir ki, idxal edilən mal üzrə gömrük vergi və rüsumları mövcud qanunvericiliyə uyğun hesablanır. Açıqlamaya görə, son zamanlar bu sahədə dəyişikliklərin aparılması, gömrük vergi və rüsumlarının artırılmasına dair məlumatlar həqiqətəuyğun deyil.

Eyni zamanda, komitə iddia edir ki, bəzi karqo şirkətlərinin təqdim etdiyi invoyslar üzərində araşdırmalar zamanı kəskin uyğunsuzluqlar aşkarlanıb:

«Aparılan araşdırma zamanı məlum olub ki, həmin karqo şirkətləri hüquqi və fiziki şəxslərin idxal etdiyi malların məhz onlara aid olduğunu iddia edərək, gömrük rəsmiləşdirilməsi prosesini də üzərlərinə götürür. Gömrük orqanlarına təqdim etdiyi invoyslarda malların dəyərini dəfələrlə aşağı göstərir, bəzi hallarda isə saxta invoyslar təqdim edir ki, bu da vergidən yayınmaq deməkdir».

Dövlət Gömrük Komitəsi bildirir ki, belə hallar davam edərsə, həmin şəxs və qurumlarla bağlı qanunvericiliyə uyğun tədbirlər görüləcək.

Xatırlatma

Son günlər bəzi sahibkarlar Türkiyədən mal gətirilməsi sahəsində problemlərlə üzləşdiklərini deyirlər. «Binə» Ticarət Mərkəzində fəaliyyət göstərən sahibkarlardan biri mətbuata açıqlamışdı ki, bir aya yaxındır malı gömrükdə ilişib. Yerli KİV-lərdə yazılanlara görə, bəzi yükdaşıma (karqo) şirkətlərinin nümayəndələri bunu gömrükdə qiymətlərin bahalaşması ilə izah ediblər.

XS
SM
MD
LG