Keçid linkləri

Təcili xəbərlər
2018, 23 İyul, Bazar ertəsi, Bakı vaxtı 12:12

Rusiyanın nəzarətində olan Krımda məhkəmə tatar fəala 2 il həbs cəzası kəsib. Suleyman Kadyrov Moskvanın Ukraynanın bu regionunu ilhaq etməsinə qarşı çıxanlardandır.

Feodosiya Şəhər Məhkəməsi martın 1-də onu Rusiyanın ərazi bütövlüyünü pozmağa çağırış etməkdə təqsirli bilib.

Məhkəmə Kadyrov-un “ictimai fəaliyyət”lə məşğul olmasını bir illiyə yasaqlayıb. Yəni o, nümayişlərə qatıla bilməz.

Kadyrov hökmdən apelyasiya şikayətini verəcəyini deyib, məhkəmənin qərarının “Rusiya hökumətinin qorxmasına daha bir sübut olduğunu” söyləyib.

Fəal 2016-cı ildə Facebook postunda ukraynapərəst hərbi bölüm barədə video paylaşıb və yazıb ki, “Krım həmişə Ukrayna olub, Ukraynadır və Ukrayna olacaq!

O, məhkəmədə özünü təqsirli bilməyib, öz fikrini ifadə etmək hüququ olduğunu söyləyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG