Keçid linkləri

Təcili xəbərlər
2020, 25 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 10:13

Ghani Talibana: “Gəlin Əfqanıstanı birlikdə quraq”


Kabil prosesinin 2-ci konfransı, 28 fevral, 2018-ci il

Əfqanıstan prezidenti Ashraf Ghani Talibanı qanuni siyasi qrup kimi tanımağa çağırıb. Bu, sülh danışıqlarına aparacaq və 16 ildən çoxdur davam edən döyüşlərə son qoyacaq prosesin bir hissəsi kimi görülür.

Ghani bu təklifi fevralın 28-də “Kabil Prosesi”ndə iştirak edən ölkə və təşkilatların konfransında deyib. Prosesin məqsədi yaraqlılarla danışıqların platformasını yaratmaqdır.

Taliban liderləri və üzvləri, qərar sizindir. Sülhü qəbul edin və danışıqlar masasına gəlin. Gəlin ölkəni birlikdə quraq”, – prezident söyləyib.

Ghani yaraqlılara atəşkəs, məhbusları buraxmağı, pasport, Kabildə, yaxud razılaşdırılmış baş bir yerdə ofis, sanksiyaların qaldırılmasını təklif edib.

Əfqanıstan prezidenti onu da deyib ki, Talibanla razılaşma çərçivəsində konstitusiyaya yenidən baxılmasını da qəbul edə bilər.

Qərbin dəstəklədiyi Kabil hökuməti Talibanı və digər yaraqlı qrupları geri oturtmağa çalışır. 2014-cü ildə NATO əsgərləri də ölkədən çıxıb.

Əfqanıstan hökuməti 2015-ci ildə Talibanla sülh danışıqları başladıb, amma proses dərhal kəsilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG