Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:14

Sobchak Dumanın deputatına qarşı istintaq tələb edir


Leonid Slutsky
Leonid Slutsky

Rusiyada prezidentliyə namizəd və jurnalist Ksenia Sobchak Dövlət Dumasının beynəlxalq münasibətlər komitəsinin sədri Leonid Slutsky-yə qarşı cinsi qısnama iddialarıyla bağlı araşdırma tələb edir.

Fevralın 27-də seçki kampaniyasının vebsaytında yerləşdirdiyi bəyanatda Sobchak bildirir ki, iddialar həqiqətdirsə, “deputatın belə hərəkəti Federasiya Şurası və Dövlət Duması üzvlərinin statusu haqqında qanunun birbaşa pozulmasıdır”.

*** Buna da bax: Rusiyada cinsi qısnama barədə niyə susurlar

TASS-ın fevralın 27-də yazdığına görə, Dumanın etika komitəsi Sobchak-dan şikayət almayıb.

Vladimir Zhirinovsky-nin millətçi Liberal Demokratik Partiyasının (LDPR) üzvü olan Slutsky iddiaları rədd edib.

Dumada akkreditasiyası olan azı 3 qadın jurnalist deputata qarşı cinsi qısnama iddiaları irəli sürüb.

CİNSİ QISNAMA KRİMİNALLAŞDIRILA BİLƏR

Bu iddialara cavab olaraq Dumanın spiker müavini, LDPR üzvü Igor Lebedev “Dozhd” jurnalistlərinin akkreditasiyasının ləğvini təklif edib.

Fevralın 22-də Zhirinovsky müstəqil Dozhd TV-nin qonağı olub, jurnalist, Dumadan yazan Elizaveta Antonova ondan soruşub ki, Slutsky-nin “davamlı olaraq gənc qadın jurnalistləri qısnaması”ndan xəbəri varmı. Zhirinovsky məsələni araşdıracağını deyib. Ertəsi gün daha iki qadın jurnalist Slutsky-yəqarşı oxşar iddia səsləndiriblər.

Dozhd-un prodüseri iddia edir ki, Slutsky canlı efirdən öncə onu öpmək və əlləmək istəyib.

Slutsky fevralın 23-də “Vedomosti” qəzetinə deyib ki, bu ittihamlar “seçki kampaniyası provokasiyası”dır.

*** Buna da bax: İş yerlərində cinsi qısnamaya qarşı qanunlar varmı

Dumanın deputatı Oksana Pushkina-nın deməsinə görə, Slutsky ətrafındakı qalmaqal onu gender bərabərliyi qanununa düzəlişlərə məcbur edib, cinsi qısnama kriminallaşdırıla bilər.

Son aylar Birləşmiş Ştatlarda Hollivud prodüseri Harvey Weinstein, aktyor Kevin Spacey, komediyaçı Louis C.K.-yə qarşı cinsi qısnama və təcavüz iddiaları səsləndirilib.

Rusiyada isə bu kampaniyaya rişxənd olunub, ötən noyabrda ABŞ səfirliyi qarşısında Weinstein-ə kiçik dəstək nümayişi keçirilib.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG