Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:26

İş yerlərində cinsi qısnamaya qarşı qanunlar varmı


"MeToo" həştəqi Avropa Parlamenti üzvünün masası üzərində, arxiv fotosu
"MeToo" həştəqi Avropa Parlamenti üzvünün masası üzərində, arxiv fotosu

-

Ölkələrin üçdə birindən çoxunda iş yerlərində cinsi qısnamanı yasaqlayan qanunlar yoxdur. Yəni 200 milyondan çox qadın iş yerində hüquqi qorumadan məhrumdur.

Kaliforniya Universitetində Dünya Siyasətinin Təhlili Mərkəzi yeni tədqiqat açıqlayıb.

82 MİIYON QADIN QORUNMUR

Hesabata görə, iş yerlərində maaş ödənişində və karyerada irəli çəkilmədə gender ayrıcalığından qoruyan qanunların olmadığı ölkələrdə 82 milyon qadın çalışır.

Bu yaxınlarda onlarla aktrisa Hollivud prodüseri Harvey Weinstein tərəfindən cinsi qısnama və təcavüzə məruz qalmalarına dair iddialar səsləndiriblər. O, heç kəslə razılaşdırılmamış cinsi əlaqəyə girmədiyini deyib. Di gəl, bu qalmaqaldan sonra qadınların iş şəraitindəkiproblemlər diqqət mərkəzinə keçib.

Milyonlarla qadın sosial şəbəkələrdə #MeToo kampaniyası çərçivəsində bosları, həmkarları tərəfindən başlarına gələn cinsi qısnama hallarını nəql etməyə başlayıblar.

Hesabatda bildirilir ki, ümumilikdə 68 ölkədə iş yerində cinsi qısnama qadağan olunmur. Bu ölkələrdə 235 milyon qadın işləyir.

Tədqiqat BMT üzvü olan 193 ölkə üzrə aparılıb.

*** Bunu da oxu: Aktrisa George H.W. Bush haqqında: “... arxadan mənə toxundu”

424 MİLYON QADIN İŞLƏYƏ BİLƏRDİ...

İş yerində hüquqi qorumanın olmaması işləməyən qadınlara da təsir göstərir. Onlardan bəziləri məhz qısnama hallarına görə işdən çıxmalı olublar, araşdırmanın baş tədqiqatçısı Jody Heymann “Reuters” agentliyinə belə deyib.

“Həmin 68 ölkədə əmək yaşlı qadınların sayı 424 milyon nəfərdir”, – o, sözlərinə əlavə edib.

Araşdırma onu da üzə çıxarıb ki, dünya ölkələrinin 75 faizində gender diskriminasiyasını yasaqlayan qanunlar var, ancaq “böyük boşluqlar” qalmaqdadır.

*** Bunu da oxu: Yeni direktor gələn kimi qarderobçu qızı işdən azad etdi

Bir çox ölkələrdə qadınların bərabər maaş almaq hüquqları qanunla təsbit olunur, ancaq yarıdan da azında eyni dəyərli işə görə eyni ödənişə təminat verilir.

“Görünən odur ki, qüvvədə olan qorumaları yerinə yetirmək vacibdir. Ancaq qanun olmayan yerdə bu problemlə məşğul olmaq çətindir”, – Heymann söyləyir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG