Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 21:39

Vaşinqton Nemtsovun xatirəsini küçə adı ilə əbədiləşdirdi


Vaşinqtondakı Rusiya səfirliyinin qarşısında Nemtsov Plaza
Vaşinqtondakı Rusiya səfirliyinin qarşısında Nemtsov Plaza

Rusiyada qətlə yetirilmiş müxalifət lideri Boris Nemtsovun tərəfdarları və qohumları Vaşinqtonda onun adı verilmiş küçə meydanının açılışında iştirak ediblər.

Qətlin üçüncü ildönümünə təsadüf edən açılış mərasimi ABŞ-dakı Rusiya səfirliyinin binası qarşısında keçirilib. Bundan sonra Viskonsin prospektinin səfirliyin qarşısına düşən sektoru Nemtsov Plaza adını daşıyacaq.

Rusiya prokurorları 2015-ci ildə Kremlin divarları yaxınlığında törədilmiş bu qətllə bağlı Çeçenistandan olan beş nəfərə qarşı ittiham irəli sürmüşdülər. Onlar uzunmüddətli həbsxana cəzasına məhkum olunsalar da, Nemtsovun davamçıları bu qətlin əsl sifarişçilərinin cəzasız qaldığını bildirirlər.

Fevralın 27-də Moskvanın Saxarov Mərkəzində də Nemtsovun qətlə yetirilməsinin ildönümü mərasimi keçirilib.

Elə həmin gün prezidentliyə namizədlər Qriqori Yavlinski və Kseniya Sobçak da daxil, müxalifət fiqurları – Mixail Kasyanov, Gennadi Qudkov və Lev Ponomaryov, habelə Litva və İsveç səfirliklərin nümayəndələri də Nemtsovun öldürüldüyü yerdə qurulmuş xatirə guşəsinə gül-çiçək dəstələri qoyublar.

***

Rusiyada müxalif siyasətçi Boris Nemtsov-un keçmiş dostları, həmkarları və tərəfdarları fevralın 27-də onun qətlinin üçüncü ildönümünü qeyd edirlər.

Müxalifətçi Ilya Yashin deyib ki, Moskvanın Saxarov Mərkəzində mərasim keçiriləcək, orada Nemtsov-un həyatının fərqli anlarında çəkilmiş fotoların sərgisi də təşkil olunacaq.

Tədbir iştirakçıları “Dostum Boris Nemtsov” adlı sənədli filmə də baxa biləcək, siyasətçinin hazırda Almaniyada yaşayan qızı Zhanna Nemtsova-nın öncədən yazılmış bəyanatını dinləyəcəklər.

*** Buna da bax: Rusiyanın “ördək” fəalı saxlanıb

Axşam saat 10-da isə Nemtsovun güllələndiyi, Kreml yaxınlığındakı körpü üzərinə toplaşacaq, siyasətçinin xatirəsini bir dəqiqlik sükutla anacaqlar.

Fevralın 25-də minlərlə adam Moskvada və Rusiyanın digər şəhərlərində Nemtsov-u anım yürüşünə çıxıb. O, prezident Vladimir Putin-in açıq tənqidçisi idi.

Nemtsov 1990-cı illərdə Rusiya hökumətində yüksək vəzifələr tutub, 2000-ci illərdə müxalifətə keçib. 2015-ci il, fevralın 27-də qətlə yetirilib.

İyulda Moskvada məhkəmə Rusiyanın Çeçenistan regionundan beş nəfəri bu qətldə təqsirli bilərək uzunmüddətli həbsə məhkum edib.

Ancaq siyasətçinin qohumları və həmkarları onun qətlinin daha yuxarı səviyyədən sifariş olunduğunu deyirlər. Onların fikrincə, qətlin sifarişçiləri tapılmayınca ədalət təmin olunmayacaq.

*** Buna da bax: Rusiya müxalifəti küçələrə çıxdı [Video]

Fevralın 26-da Nemtsov-un qətlinin ildönümü münasibətilə yaydığı bəyanatda ABŞ Dövlət Departamenti Rusiyanı universal insan haqlarının qorunmasıyla bağlı öhdəliklərini yerinə yetirməyə çağırıb.

Bu ay Vaşinqton DC-nin yerli hökuməti Rusiya səfirliyinin yerləşdiyi küçəyə Nemtsov-un adını verib, Moskvasa bu addımdan gileylənib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG