Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 16:11

Rusiya müxalifəti küçələrə çıxdı [Video]


Rusiya - Moskvada Rusiya müxalifətinin qətlə yetirilmiş lideri Boris Nemtsovun xatirəsinə yürüş keçirilir. 25 fevral, 2018
Rusiya - Moskvada Rusiya müxalifətinin qətlə yetirilmiş lideri Boris Nemtsovun xatirəsinə yürüş keçirilir. 25 fevral, 2018

Moskvada Rusiya müxalifətinin qətlə yetirilmiş lideri Boris Nemtsovun xatirəsinə yürüş keçirilir.

Aksiya Moskva meriyası ilə razılaşdırılsa da, təşkilatçılar bir neçə nəfərin saxlandığını bildirirlər.

Azadlıq Radiosunun Rusiya xidməti saxlananlardan "Rus, oyan", "Rus, mübarizə apar" kimi şüarların alındığını yazır.

Liberal müxalifət partiyalarının təşkil etdikləri aksiyada Nemtsovun portretləri ilə yanaşı, onun sitatlarının yer aldığı şüarlar da qaldırılıb.

Aksiyanın önündə PARNAS Partiyasının lideri Mixail Kasyanov, "Həmrəylik" Hərəkatının rəhbəri İlya Yaşin gedirlər.

Yürüşə "Yabloko" Partiyasının sədri, prezidentliyə namizəd Qriqori Yavlinski də qatılıb.

Aksiyaya prezidentliyə namizəd Kseniya Sobçak da qoşulub.

Yürüşdə onminlərlə insan iştirak edir.

Aksiyanın sonunda yürüşçülər Nemtsovun 3 il qabaq öldürüldüyü Moskvoretsk körpüsünə gəlib oraya gül-çiçək düzməyi planlayırlar.

Analoji aksiyalar Sankt-Peterburq və bir sıra başqa şəhərlərdə də keçirilir.

Nemtsov 1990-cı ilərdə Rusiya hökumətində yüksək vəzifələr tutub, 2000-ci illərdə müxalifətə keçib. 2015-ci il, fevralın 27-də qətlə yetirilib.

Buna da bax: Vaşinqtonda Rusiya səfirliyinin ünvanı ‘Nemtsov Plaza 1’ olacaq

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG