Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyun, Cümə axşamı, Bakı vaxtı 01:07

Rusiyanın Sankt Peterburq şəhərində bir fəala 25 sutkalıq həbs cəzası kəsilib. “Viasna” insan haqları qrupunun üzvü olan Artem Goncharenko qətlə yetirilmiş müxalifətçi Boris Nemtsov-un xatirə yürüşünə gedərkən, fevralın 25-də saxlanmışdı.

O, bir gecə polisdə saxlanıb və fevralın 26-da məhkəmə ona həbs cəzası kəsib. Goncharenko toplantı, yaxud yürüşlərin keçirilməsiylə bağlı “mövcud proseduru dəfələrlə pozmaqda” ittiham olunub.

Goncharenko yanvarın 28-də də saxlanmışdı. O zaman 18 mart prezident seçkisini boykota çağıran nümayiş zamanı mənzilinin pəncərəsinə içi havayla doldurulmuş yekə rezin ördək yerləşdirmişdi.

Etirazları antikorrupsiya fəalı, seçkiyə buraxılmayan müxalifətçi Aleksei Navalny təşkil etmişdi.

Bu rezin ördək Rusiyada hökumət korrupsiyasının simvoluna çevrilib. Belə ki, Navalny-nin yaydığı bir araşdırmada baş nazir Dmitry Medvedev-in villalarının birində ördəklər üçün xüsusi yer düzəltdiyi iddia olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG