Keçid linkləri

Təcili xəbərlər
2018, 18 İyun, Bazar ertəsi, Bakı vaxtı 15:35

Magistratura imtahanında nəticələr açıqlanıb


Test imtahan; (arxiv fotosu)

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələrini açıqlayıb.

Həmin imtahanlar dünən, fevralın 25-də keçirilmişdi.

DİM-in məlumatına görə, imtahanın nəticələri artıq, qurumun saytına daxil edilib.

Qurum vurğulayır ki, 12 min 387 bakalavrın iştirakı nəzərdə tutulsa da onlardan 146-sı imtahana gəlməyib.

İmtahanların birinci mərhələsində ən yüksək nəticə 95 bal olub. Toplanılması mümkün olan balların maksimum həddi 100 idi.

Buna da bax: Magistraturaya qəbul imtahanı keçirilib

DİM əlavə edir ki, müsabiqə şərtini ödəyən bakalavrlar ikinci mərhələyə - ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılacaqlar. Bundan ötrü bakalavrlar mayın 7-dən 17-dək elektron yolla bitirdikləri ixtisasa uyğun qəbul proqramını seçib təsdiq etməlidir.

Magistraturaya qəbul imtahanının ikinci mərhələsi isə iyunun 3-də keçirilməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG