Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 03:17

Magistraturaya qəbul imtahanı keçirilib


Arxiv fotosu

Bu gün, fevralın 25-də Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanının birinci mərhələsini keçirib.

Mərkəzin yaydığı məlumata əsasən, imtahan bütün binalarda eyni vaxtda başlanıb və 2 saat 30 dəqiqə davam edib.

İmtahan prosesinin idarə olunmasından ötrü DİM-də operativ qərargah fəaliyyət göstərib.

Fevralın 26-dan etibarən DİM-də imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. İmtahan nəticələrinin yaxın 2-3 gün ərzində elan edilməsi nəzərdə tutulur.

Buna da bax: Açıq danışmaq istəməyən tələbələr deyirlər ki... [video]

DİM habelə bildirilib ki, imtahanda iştirak məqsədi ilə 12387 bakalavr ərizə təqdim edib.

Ərizə verənlərin 5321 nəfəri oğlan, 7066 nəfəri isə qızlardır. Bakalavrlardan 6833-ü cari ilin, 5554-ü isə əvvəlki illərin məzunlarıdır, 31 nəfər xarici ölkə vətəndaşıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG