Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:22

Deripaska alüminium imperiyasından istefa verir


Oleg Deripaska
Oleg Deripaska

Rusiya oliqarxı Oleg Deripaska Rusal alüminium imperiyasının rəhbərliyindən istefa verir. Bir neçə gün öncə onun adı korrupsiya qalmaqalında çəkilib, həm də adı ABŞ-ın açıqladığı, Kremllə əlaqələrdən faydalandığı bildirilən oliqarxlar siyahısına salınıb.

Rusal və onun təsisçi şirkəti olan EN+ Group fevralın 23-də Deripaska-nın vəzifədən gedəcəyini və menecmentdə digər dəyişiklikləri elan ediblər.

*** Buna da bax: Navalny-nin vebsaytına çıxış bloklanır

Şirkət ölkənin müxalifət lideri və antikorrupsiya fəalı Aleksei Navalny-nin bu yaxınlarda açıqladı araşdırmaya toxunmayıb. Həmin araşdırmada Deripaska-nın Rusiyanın baş nazir müavini Sergei Prikhodko-nu yaxtasında qonaq etdiyi görünürdü.

DERİPASKA “QANUNSUZ HƏRƏKƏT” ETMƏDİYİNİ DEYİB

Navalny-nin fevralın 8-də yaydığı hesabat Deripaska ilə yaxın əlaqələri olduğunu iddia edən bir qadının sosial media postları və fotolarına əsaslanıb. Araşdırmada iddia olunub ki, bu görüş Kreml dairələrindəki korrupsiyaya daha bir sübutdur.

Deripaska hər hansı “qanunsuz hərəkət”ə yol vermədiyini deyib, media orqanlarına “bu yalan ittihamları” yaymamaq xəbərdarlığı edib.

Rusiyanın Rozkomnadzor media tənzimləyicisi isə hesabatın yayılmasını bloklayıb.

Deripaska ABŞ Xəzinədarlığının yanvarın 30-da açıqladığı siyahıdakı 96 oliqarxdan biriydi, onun digərləri kimi sərvətini və gücünü Rusiya prezidenti Vladimir Putin-lə sıx əlaqələr hesabına yığdığı bildirilirdi.

*** Buna da bax: ABŞ 'oliqarx siyahısını' açıqladı

Xəzinədarlıq siyahıdakılara yaxın gələcəkdə yeni sanksiyalar qoyulacağını bəyan edib.

Deripaska-nın istefası açıqlanmazdan öncə “Kommersant” qəzeti yazıb ki, onun Rusal-dakı postdan getməsinin səbəbi elə Xəzinədarlığın “Kreml siyahısı”dır.

Kremlin sözçüsü Dmitry Peskov bu həftənin əvvəlində Moskvada jurnalistlərə deyib ki, Deripaska-nın “Kreml siyahısı”na görə gedəcəyinə şübhəylə yanaşır. Amma o, oliqarxın istefa planlaşdırması barədə “Kommersant”ın yazdığını təkzib etməyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG