Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:32

Qaçırıldı, zəhərləndi... komaya düşdü


İnquşetiya, arxiv fotosu
İnquşetiya, arxiv fotosu

Avropa İnsan Haqları Məhkəməsi İnquşetiya sakini Zaira Bopkhoyeva-nın hüquqlarının pozulduğunu tanıyıb. Belə ki, o, evlənmək məqsədiylə qaçırılıb, daha sonra ərinin ailəsində zorakılığa məruz qalıb. Bu haqda AzadlıqRadiosu-nun “Кавказ.Реалии” portalı yazır.

2009-cu ilin dekabrında Zaira-nı evindən Khalid adlı sakin qaçırıb. Yerli adət-ənənəyə görə, o, artıq Khalid-in həyat yoldaşı sayılıb, amma qızın anası Khava Bopkhoyeva qızının qaytarılmasını tələb edib və Zaira evinə dönüb.

ƏR EVİNDƏ İKİ AY YAŞAYIR

Vəfat etmiş atasının qohumları, yeddi kişi ertəsi gün Zaira-nı meşəyə aparır. Onlar fiziki güc tətbiq etməklə onun Khalid-lə intim münasibətdə olub-omadığını, yəni ailənin şərəfini ləkələyib ləkələmədiyini aydınlaşdırmağa çalışıblar. Daha sonra onu zorla oğlanın ailəsinə qaytararaq ata evinə dönməsini yasaqlayıblar.

Khava-nın sözlərinə görə, qohumlarının təzyiqiylə qeyri-rəsmi nikah mərasimi keçirilib və qızı onu qaçıranın evində iki ay yaşamalı olub. Amma Khalid-in valideynləri də bu nikaha qarşı imiş. Zaira-nın durumu pisləşir, onda epileptik qıcolmalar başlayır.

*** Buna da bax: İnquşetiyada toy karvanını sahə polisi və kənd rəhbərinin müavini müşaiyət edəcək

Ana dəfələrlə müstəntiqə məlumat verdiyini, ər evində olduğu müddətdə həyat yoldaşını bircə dəfə də görmədiyini söyləyir:

Bundan başqa, qaynanası ona psixoloji təzyiq edirdi, onu otağa qapadır, mobil telefonunu əlindən alırdılar. Zaira-ya mənimlə də əlaqə saxlamaq qadağan olunmuşdu, hərdən mənlə danışa biləndə özünü pis hiss etdiyini deyirdi. Onu iki dəfə təcili yardımla aparıblar”.

2010-cu il fevralın 2-də Zaira huşsuz vəziyyətdə təcili ardıma aparılır və ona xəstəxanada diaqnoz qoyulur: qeyri-müəyyən preparatla zəhərlənmə.

SƏKKİZ İLDİR KOMADADIR

Həkimlərin sözlərinə görə, beyninə uzun müddət oksigen getmədiyindən qadın komaya düşüb. Bundan sonra onu anasının evinə qaytarıblar. O, artıq səkkiz ildir vegetativ durumdadır.

Amma anası israr edir ki, qaçırılanadək Zaira çox yaxşı vəziyyətdə olub, səhhəti pisləşəndə isə ona düzgün diaqnoz qoya bilməyiblər və bu da komayla nəticələnib.

Vəkil Olga Gnezdilova-nın sözlərinə görə, qaçırılma, yaxud zəhərlənməylə bağlı cinayət işi hələ də açılmayıb.

Müstəntiq ancaq özünü öldürmə həddinə çatdıram maddəsiylə araşdırma aparıb, amma bu maddə üzrə də cinayət işi açmaqdan imtina edib”, – vəkil deyir.

*** Buna da bax: Kadırov deyir ki, “əsl çeçen” insan haqları müdafiəçisi olmaz

Zaira-nın anasının fikrincə, İnquşetiya İstintaq Komitəsi qızına qarşı cinayətləri yetərincə araşdırmayıb. Üstəlik, müstəntiqlərdən biri polisə təzyiq göstərib, şahidlərin dindirilməsi prosesini pozub.

Avropa Məhkəməsi Konvensiyanın 2-ci maddəsinin (yaşamaq hüququ) pozulduğunu tanıyıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG