Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:22

Tillerson deyir, ABŞ rusiyalılara əlavə sanksiyaları nəzərdən keçirir


Rex Tillerson
Rex Tillerson

Vaşinqton rusiyalılara əlavə sanksiyaları nəzərdən keçirir. Bunu ABŞ dövlət katibi Rex Tillerson deyib. Qeyd edək ki, hər iki partiya administrasiyanı Moskvaya məhdudiyyətləri gücləndirməyi nəzərdə tutan qanunun tətbiqini yubandırdığına görə tənqid edir.

Bu qanunvericiliyin nəticəsi olaraq Rusiyaya bir neçə hərbi satışı önləməkdən ötrü addımlar atmışıq”, – Tillerson CBS televiziyasının fevralın 18-də yayımladığı “60 Minutes” proqramına böyük müsahibəsində bildirib.

*** Buna da bax: Suriyada ölən rus muzdluların yaxınları danışır. Maaş 3900 dollar...

“ƏLAVƏ FƏRDLƏR DƏYƏRLƏNDİRİLİR”

“Mümkün sanksiyalardan ötrü əlavə fərdləri dəyərləndiririk”, – o söyləyib.

Ötən yay konqres Rusiyaya yeni sanksiyalarla bağlı qanun layihəsinə yekdilliklə səs verdi, amma seçki kampaniyası dövründə Moskvayla daha sıx münasibətlərlə bağlı təbliğat aparmış Donald Trump bu sənədi könülsüz imzaladı.

ABŞ Xəzinədarlığının rəhbəri Steven Mnuchin isə ötən həftə deyib ki, Moskvanın 2016-cı ildə Birləşmiş Ştatlarda seçkiyə müdaxiləsinə cavab olaraq varlı rusiyalılara “yaxın gələcəkdə” yeni sanksiyalar qoyulacaq.

Həmin sanksiyalar üzərində fəal işləyirik. Onları yaxın gələcəkdə gözləyin”, –Mnuchin fevralın 14-də Senatın maliyyə komitəsində çıxışında söyləyib.

*** Buna da bax: Moskva ABŞ-ın yeni sanksiyalarından narahat olmadığını deyir

Xəzinədarlıq ötən ay Rusiyanın 114 aparıcı siyasətçisinin və 96 oliqarxının siyahısı dərc etdi, onların prezident Vladimir Putin-lə yaxınlıq hesabına sərvət qazandığını bildirib. Amma o zaman yeni sanksiyalar elan olunmayıb.

ABŞ konqresmenləri və digərləri Xəzinədarlığı siyahıdakı bəzi şəxslərə dərhal sanksiya qoymadığına görə tənqid edib.

AQİBƏTİNİ GÖZLƏMƏK

Tillerson müsahibəsində Rusiyanın dəstəklədiyi Suriya hökumətinin kimyəvi silahlardan istifadə etməsiylə bağlı iddialara da toxunub. Bashar al-Assad hökumətinin ABŞ-ın dəstəklədiyi üsyançılara qarşı bir neçə dəfə kimyəvi silaha əl atmasında dair iddialar var.

Aparıcı Margaret Brennan qeyd edib ki, “son 30 gündə altı xlor qazı hücumunun qeydə alındığı bildirilir”. Tillerson cavabında söyləyib:

Düzdür. Biz də Rusiyanın xüsusi məsuliyyət daşıdığını açıq bildirmişik. Fikrimizcə, götürdükləri öhdəliklərə uyğun olaraq, kimyəvi silahlar məhv edilməlidir”.

*** Buna da bax: Putin Qərbin Rusiyaya sanksiya qoymaqdan ‘yorulacağına’ ümid edir

Məncə, əvvəlki ABŞ administrasiyasından yeganə fərq bunun aqibətini gözləməkdir. Prezident Trump nəticənin olacağını artıq nümayiş etdirib”, – dövlət katibi vurğulayıb.

Xlor qazı hücumlarına görə “hərbi addım” atıla bilərmi sualına cavabında Tillerson deyib ki, “kimyəvi silahların qanuniləşməməsi, münaqişədə adi silaha çevrilməməsiylə bağlı tələblərimizdə ciddiyik”.

Assad-la Rusiya Suriya hökumətinin üsyançılara qarşı kimyəvi silahdan istifadə etmədiyini israrla bildirir. Amma ekspertlər rejimin belə hücumları gerçəkləşdirdiyi qənaətinə gəlib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG