Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:41

Putin Qərbin Rusiyaya sanksiya qoymaqdan ‘yorulacağına’ ümid edir


Prezident Vladimir Putin ölkə biznesmenləri qarşısında etdiyi çıxışda deyib ki, o Qərb ölkələrinin Moskva üzərinə sanksiya qoymaqdan “tezliklə” yorulacağına və münasibətlərin yaxşılaşacağına inanır.

Putin fevralın 9-da Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının bağlı qapılar arxasında keçirilən toplantısında çıxış edirdi.

O deyib: “Düşünürəm ki, bunu edənlər tezliklə özləri bundan yorulacaqlar və…ümid edirəm ki, biz normal münasibətlər cığırına çıxacağıq”.

Putin bu bəyanatları onun qələbəsinə şübhə olmayan prezident seçkisinə bir ay qalmış verib. O bu seçkidə seçici iştirakının yüksək olmasına çalışır.

Bundan əvvəl Rusiyada yayılan xəbərlərdə ölkə elitasının Qərbin sanksiyalarından narahatlıq keçirdiyinə dair yazılar dərc olunurdu. Bu sanksiyalar nəhayət Rusiyanın hiss edəcəyi həddə çatıb.

Birləşmiş Ştatlar, Avropa İttifaqı və başqa ölkələr Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edəndən sonra Moskvanın üzərinə sanksiyalar qoyub.

Bir sıra Qərb ölkələri və ABŞ Rusiyanın üzərinə yeni sanksiyaları habelə bu ölkədə insan haqlarının ağır vəziyyəti ilə bağlı qoyublar.

Yanvarın 30-da ABŞ Maliyyə Nazirliyi Rusiyanın 114 siyasi fiqurundan və Putinə yaxınlıqlarından faydalanaraq varlanmış 96 “oliqarxdan” ibarət sanksiya siyahısını elan edib.

Bu siyahıdakılara dərhal sanksiyalar tətbiq olunmayıb, amma maliyyə naziri Steven Mnuchin onların tezliklə tətbiq olunacağını deyib.

Putin ABŞ-ın yeni sanksiyalar siyasətini “dost olmayan” hərəkət adlandırıb və deyib ki, bu hadisə onsuz da ağır olan münasibətləri daha da pisləşdirəcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG