Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:37

Moskva ABŞ-ın yeni sanksiyalarından narahat olmadığını deyir


Rusiyanın baş naziri Dmitri Medvedev Rossiya 24 kanalına müsahibə verib
Rusiyanın baş naziri Dmitri Medvedev Rossiya 24 kanalına müsahibə verib

Moskva bəyan edib ki, Birləşmiş Ştatlar tərəfindən qoyulacaq hər hansı yeni sanksiyaların Rusiyanın insanları və iqtisadiyyatına təsiri çox az olacaq. Bundan əvvəl ABŞ maliyyə naziri Steven Mnuchin demişdi ki, o, zəngin rusiyalılar üzərinə “yaxın gələcəkdə” yeni cəzalandırıcı tədbirlər tətbiq edəcək.

Rusiyanın baş naziri Dmitri Medvedev fevralın 15-də Rossiya 24 telekanalına deyib ki, “onlar bəzi qərarları barədə yeni siyahılar dərc etsələr, bu böyük dəyişikliklərə səbəb olmayacaq”.

O qeyd edib ki, Rusiya iqtisadiyyatına və xalqına heç bir hədə görmür.

Mnuchin fevralın 14-də Senatın Maliyyə Komitəsinə bildirmişdi ki, Moskvanın 2016-cı il seçkisinə müdaxiləsinə cavab olaraq zəngin rusiyalılar üzərinə tezliklə yeni sanksiyaları elan edəcək.

ABŞ Konqresi Rusiya üzərinə yeni sanksiyalar qoyulmasını nəzərdə tutan qanunu ötən yay qəbul etmiş, Moskva ilə daha isti münasibətlər istəyən prezident Trump-sa onu könülsüz də olsa imzalamışdı.

Bu qanunun tətbiq edilməsinə hazırlıq məqsədilə ABŞ xəzinədarlığı ötən ay Rusiyanın 114 rəsmisinin və sərvətlərinə prezident Putinə yaxınlıqları sayəsində sahib olduqları düşünülən 96 “oliqarxın” adlarından ibarət siyahını açıqlamışdı.

Xəzinədarlıq bu siyahı ilə birlikdə Konqresə əlavə məxfi siyahı da göndərmiş, lakin həmin vaxt heç bir sanksiya tətbiq etməmişdi.

Xəzinədarlıq bu siyahıdakı ən azı bəzi insanlar barədə sanksiyaların tətbiq olunmadığına görə ABŞ-ın millət vəkilləri tərəfindən sərt tənqid edilmişdi. Bu da məlum olmuşdu ki, bu siyahılar bir sıra açıq mənbələrdən, o cümlədən Forbes jurnalının siyahılarından istifadə etməklə tərtib olunub.

Mnuchin yanvarın 30-da demişdi ki, yeni sanksiyalar “qarşıdan gələn bir neçə ay ərzində və ya bəlkə də elə gələn ay” tətbiq ediləcək.

Moskva isə fevralın 15-də ona qarşı ittihamlara cavab olaraq Qərb ölkələrinin onun gələn ay keçiriləcək prezident seçkisi ilə bağlı Rusiyanın daxili işlərinə qarışmaları barədə “konkret” sübutları olduğunu deyib və buna reaksiya göstərəcəyi barədə xəbərdarlıq edib.

Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova xəbərdarlıq edib ki, Avropa ölkələri belə fəaliyyətlərini dərhal dayandırmalıdırlar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG