Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:52

Etirazçılar Poroshenko-nun istefasını tələb ediblər


Millətçilər Rusiyaya bağlı binalara hücum edir
Millətçilər Rusiyaya bağlı binalara hücum edir

Dünən – fevralın 18-də bir neçə min etirazçı Kiyevdə küçələrə çıxaraq prezident Petro Poroshenko-nun istefasını tələb ediblər. Millətçilər isə elə həmin gün paytaxtda Rusiyaya bağlı üç binanın pəncərələrini sındırıb, fasadını korlayıblar.

Yürüşü fevralın 12-də Ukraynadan deportasiya olunmuş müxalifətçi Mikheil Saakashvili təyin edib. O, antikorrupsiya kampaniyası apardığını bildirir.

Rəsmilər 2 min 500 nəfərin Poroshenko-nun istefasının tələb olunduğu yürüşə çıxdığını bildirir. “Frans Pres” agentliyi isə etirazçıların sayının 10 min olduğunu qeyd edir. Asayişi qorumağa paytaxt küçələrinə 3 min polis çıxarılıb.

*** Buna da bax: Saakashvili: Poroshenko-nun vaxtına çox qalmayıb

Ukraynanın qərbində və mərkəzində daha kiçik nümayişlərin təşkil olunduğu da xəbər verilir.

Kiyevdə onlarla ultra-sağ millətçi qərargahı Moskvada olan yardım agentliyinin və iki Rusiya bankının binalarına ziyan vurublar. Rusiya rəsmiləri bunu “daha bir provokasiya” adlandırıblar.

Keçmiş müttəfiqlər olan Poroshenko və Saakashvili qatı rəqibə çevriliblər.

XATIRLATMA

Saakashvili 2004-2013-cü illərdə Gürcüstanın prezidenti olub.

O, 2015-ci ildə Ukrayna vətəndaşlığını qəbul edib və Ukrayna prezidenti Petro Poroshenko-nun xahişiylə Odessanın qubernatoru olub.

*** Buna da bax: Saakaşvili arvadının vətəni Hollandiyaya gəlib

2016-cı ilin noyabrında hakimiyyəti korrupsiyada günahlandıraraq bu vəzifədən istefa verib. O vaxtdan Poroshenko-nun rəqibinə çevrilib.

Polşaya deportasiya olunmuş Saakashvili həyat yoldaşının vətəni Niderlanda gedib və Poroshenko-nu devirməkdən ötrü fəaliyyətini davam etdirəcəyini bildirib.

50 yaşlı siyasətçiyə Gürcüstanda da cinayət işləri açılıb. Yanvarın 5-də Tbilisi məhkəməsi onu hakimiyyətdən sui-istifadədə təqsirli bilərək 3 illik həbsə məhkum edib.

Saakashvili ittihamları rədd edir, onları siyasi motivli sayır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG