Keçid linkləri

2024, 14 May, çərşənbə axşamı, Bakı vaxtı 01:32

Saakaşvili arvadının vətəni Hollandiyaya gəlib


Saakaşvili Rotterdam sərhəd buraxılışı məntəqəsində
Saakaşvili Rotterdam sərhəd buraxılışı məntəqəsində

Mixeil Saakaşvili Ukraynadan Polşaya deportasiya edildikdən sonra həyat yoldaşının vətəni Hollandiyaya gəlib.

Fevralın 14-də “Hollandiyada nə qədər müddətə qalmağı planlaşdırır” sualına Saakaşvili “Görək nə olur, amma bu bir həqiqətdir ki, mənim burda olmağıma səbəb Ukraynada baş verənlərdir” cavabını verib.

O Danimarkanın NOS telekanalına deyib ki, “bura onsuz da tez-tez gəldiyim ölkədir”.

50 yaşlı Saakaşvili 2015-ci ildə Ukrayna prezidenti Petro Poroşenko tərəfindən Odessanın qubernatoru vəzifəsinə dəvət edilmişdi. Lakin bir il sonra iki yaxın müttəfiqin korrupsiyaya münasibət məsələsində sözləri çəp gəlmiş, Saakaşvili istefa vermiş və Poroşenko 2017-ci ildə onu Ukrayna vətəndaşlığından məhrum etmişdi.

O vaxtdan bəri Poroşenkoya müxalifətdə kampaniya aparan Saakaşvili fevralın 12-də Kiyevdəki restoranlardan birində həbs olunaraq qonşu Polşaya deport edilib. Kiyev Saakaşvilini Ukrayna ərazisinə qanunsuz gəlməkdə ittiham edirdi.

Saakaşvili 2004-2013-cü illərdə Gürcüstan prezidenti olub və hazırda bu ölkədə ona qarşı qaldırılmış cinayət işi ilə əlaqədar axtarışdadır. O Gürcüstan məhkəməsi tərəfindən qiyabi olaraq üç il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Saakaşvili özünə qarşı ittihamları “qondarma və siyasi motivli” saydığını deyir.

Onun xanımı Sandra Elisabeth Roelofs-Saakashvili Hollandiyada doğulub və bu ölkənin vətəndaşıdır.

Saakaşvili bildirib ki, o Poroşenkonun hakimiyyətini devirmək məqsədilə kampaniya aparmaq üçün “Avropa turuna” çıxmaq niyyətindədir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG