Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:49

Dağıstanda kilsəyə hücuma görə şübhəlinin kimliyi müəyyənləşib


Kizlyar, arxiv fotosu
Kizlyar, arxiv fotosu

Rusiya rəsmiləri Dağıstanda pravoslav kilsəsində hücuma görə şübhəlinin kimliyini müəyyənləşdiriblər. Əsasən müsəlmanların yaşadığı bu regionda silahlı 5 nəfəri öldürüb, özünü də təhlükəsizlik qüvvələri güllələyib.

Kizlyar şəhər meriyasının fevralın 19-da yaydığı məlumata görə, hücumda şübhəli 22 yaşlı Xəlil Xəlilovdur. Onun Dağıstanın Tarumovski regionundan olduğu bildirilir.

Fevralın 18-də törədilmiş hücumda daha dörd nəfərin də yaralandığı bildirilir, birinin durumu ağırdır.

*** Buna da bax: 'Dağıstanda hakimiyyətlə pulu bir-birindən ayırmaq lazımdır'

Ölənlərin hamısının qadınlar olduğu qeyd edilir. Yaralıların üçün Rusiya Milli Qvardiyasının əsgərləridir.

İŞİD MƏSULİYYƏTİ GÖTÜRÜB

Hücuma görə məsuliyyəti İslam Dövləti (İŞİD) silahlı qruplaşması üzərinə götürüb. Amma qruplaşma Amaq informasiya agentliyi vasitəsiylə yaydığı bəyanatda bu iddiasını dəstəkləyəcək elə bir iddia ortaya qoymayıb.

Polisin bildirməsinə görə, silahlı kilsəyə Maslenitsa bayramına yığışan dindarlara ov tüfəngindən atəş açıb.

Rusiya pravoslav patriarxı Kirill insidentdən sarsıldığını bildirib.

TASS dövlət xəbər agentliyi daha öncə adı çəkilməyən hüquq-mühafizə mənbəyinə istinadla yazırdı ki, şübhəli “ekstremist” təşkilatlarla əlaqələri olan 22 yaşlı bir kişidir.

Digər mənbələr silahlını bir qadının müşayiət etdiyini, onun hadisə yerindən qaçdığını yazırdı.

RBK portalı keşişə istinadla yazıb ki, hücum edən günorta mərasiminə yığışmış dindarlara atəş açıb.

*** Buna da bax: İranda təyyarə qəzaya uğradı. 66 nəfər...

İbadəti bitirib kilsədən çıxırdıq. Saqqallı bir kişi ‘Allahu Akbar’ qışqıraraq kilsəyə tərəf qaçdı və adamları öldürdü”, – Pavel Ata deyib.

Rusiya istintaq Komitəsi hadisəylə bağlı araşdırma aparır.

Kizlyar Dağıstanın paytaxtı Mahaçqalanın 170 kilometrliyində yerləşir və 50 min əhalisi var. Əhalinin 40 faizini etnik ruslar təşkil edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG