Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:47

'Dağıstanda hakimiyyətlə pulu bir-birindən ayırmaq lazımdır'


Dağıstanda hökuməti rəhbəri qarşıq bütün rəsmilər tutuldu - korrupsiya ittihamı ilə
Gözlə

No media source currently available

0:00 0:00:58 0:00

Dağıstanda hökuməti rəhbəri qarşıq bütün rəsmilər tutuldu - korrupsiya ittihamı ilə

2017-ci ilin sonundan Dağıstana 38 prokuror, 40 ekspert və konsultant gəlib. Aparılan təftiş çox sayda məmurun işdən çıxarılmasına və həbsinə yol açıb. Bəs yerli elita bütün bunlara necə reaksiya verəcək? Dağıstanın yeni təyin olunmuş başçısı Vladimir Vasilyev nə etmək fikrindədir?

Politoloq, Sosial Tədqiqatlar İnstitutunun rəhbəri, Rusiya prezidenti administrasiyasının keçmiş əməkdaşı Andrey Kolodin hesab edir ki, Dağıstanın yeni rəhbərinin böyük planı var.

«Bu, respublikanın tarixinə bütün xalqın hörmət etdiyi əməkdar rəhbər kimi daxil olmaqdır. Bundan ötrü isə bir sıra tədbirlər gerçəkləşdirmək lazımdır», – o deyir.

Ya tər, ya qan

Politoloq hesab edir ki, bundan ötrü Dağıstanda yaşayan, total korrupsiyaya öyrəşmiş insanların psixologiyasını dəyişməyə ehtiyac var:

«Dağıstanda həqiqətən də hakimiyyətlə pulun bir-birindən ayrılması üçün ciddi və operativ təşkilati tədbirlər həyata keçirilməlidir. Çünki hakimiyyət pul kimi qavranılır və pulla hakimiyyəti satın almağa çalışırlar. Doğrudan da bunu dəyişmək vacibdir. Mən bir dəfə iri müəssisələrin birində Qafqazın yerli ağsaqqalları ilə görüşdüyüm zaman çox maraqlı bir ifadə eşitdim. Bir adam belə dedi: «Əgər Qafqaz torpağını tərlə suvarmasan, o, qanla suvarılacaq». Buna görə də, düşünürəm ki, burada iş yerləri təmin olunmalı, çox ciddi miqyasa gəlib çatmış korrupsiya ilə mübarizə aparılmalıdır. Yeni başçının qarşısında duran vəzifələr asan deyil».

Ancaq bu ağır vəzifəni yerinə yetirmək üçün ona köməkçilər lazım olacaq: güc strukturları işçilərindən tutmuş məmurlaradək.

«Ola bilsin ki, Tatarıstan nümayəndələrinin Dağıstana səfərləri təsadüfi olmayıb. Tatarıstan prezidenti Rüstəm Minnixanov da orada olub. Ola bilsin, hökumətə rəhbərlik edəcək adam barədə qərar qəbul olunub. Hesab edirəm ki, güc strukturları əməkdaşları ilə daha asan olacaq. Nə qədər olmasa, Vasilyevin özü... əsl daxili qoşunlar general-polkovnikidir. O, Rusiya Federasiyasının güc blokları arasındakı daxili qarşılıqlı münasibətləri yaxşı anlayır. ...Rəhbərlikdə klanları dəyişmək və ora çox dəyərli insanları yerləşdirmək cəhdi... Məsələn, mən Maqomedsalam Maqomedovu Dağıstana rəhbərlik etmiş ən ağıllı adamlardan biri sayıram. O, həm də Dağıstanın çox dəyərli rəhbərinin oğlu idi. Ancaq hətta o belə Dağıstandakı bu dərin korrupsion, demək olar, cinayətkar klan əlaqələrinin öhdəsindən gələ bilmədi. Ona görə hesab edirəm ki, ora yeni rəhbər, Vasilyev gedəndə artıq problemin dərinliyini və asan olmayacağını anlayırdı», – politoloq deyir.

«Unikal hal»

Kolodin rusun Dağıstan Respublikasına rəhbərlik etməsini unikal hal sayır. «Mən dargi, avar, qumuq olmayan bir şəxsin Dağıstanda əsas hakimiyyət strukturlarına rəhbərlik etməsi halını xatırlamıram», – o söyləyir.

A.Kolodin Dağıstanın yeni təyin olunmuş rəhbərini Çeçenistan lideri Ramzan Kadırovla müqayisə etməyin əleyhinədir: «Çünki Kadırov ... həmin ərazidəndir. Onu istənilən halda klanlarla... bağlı strukturlar əhatələyir. Bu, daha çox Qafqaz sistemidir. Ancaq Vasilyevin yarada biləcəyi sistem klanların, millətlərin olmadığı, yaxşı və pis insanların, yaxşı və pis idarəçilərin olduğu sistemdir. Ümid edirəm, o, belə bir sistemi yaradacaq. Bu, həm hakimiyyəti, həm də respublikanın özünü ciddi dəyişə bilər».

Politoloq hesab edir ki, Şimali Qafqaz regionunun digər rəhbərləri də bütün prosesləri diqqətlə izləyəcəklər. «Onların özləri də büdcə pullarının ətrafında dolaşan yarımkriminal... klanlarla məşğul olsalar, bu, bütün Qafqazın xeyrinə olar», – A.Kolodin vurğulayır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG