Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:14

İranda təyyarə qəzaya uğradı. 66 nəfər... (Yenilənib)


İrandakı təyyarə qəzasında ölənlərin yaxınları danışır
Gözlə

No media source currently available

0:00 0:01:01 0:00

İrandakı təyyarə qəzasında ölənlərin yaxınları danışır

Azərbaycanın İrandakı səfirliyinin ilkin məlumatına əsasən İranda qəzaya uğrayan sərnişin təyyarəsində Azərbaycan vətəndaşlarının olması faktı qeydə alınmayıb.

Bunu APA-ya açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H. Hacıyev əlavə məlumat olduğu təqdirdə ictimaiyyətə açıqlanacağını qeyd edib.

***

Azərbaycan prezidenti İlham Əliyev İran prezidenti Həsən Ruhaniyə başsağlığı məktubu göndərib.

AZƏRTAC xəbər verir ki, İ.Əliyev İranda sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı barədə xəbərdən olduqca kədərləndiyini bildirib.

Azərbaycan prezidenti baş vermiş faciə ilə əlaqədar İran prezidentinə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib.

***

İranın cənubunda göyərtəsində 66 nəfər olan sərnişin təyyarəsi qəzaya uğrayıb.

Iran Aseman Airlines şirkətinə məxsus ATR-72 təyyarəsi Tehrandan Yəsuc şəhərinə uçurmuş.

Təyyarənin Yəsuc şəhəri yaxınlığında qəzaya uğradığı deyilir.

Dağlıq ərazi və duman xilasetmə komandalarının işini çətinləşdirir.

İSNA agentliyi 60 sərnişin və 6 heyət üzvündən sağ qalanların olmadığını yazır.

Hadisə yerinə çatan helikopterlər təyyarənin Mena dağına (440 metr) çırpıldığını xəbər verir.

İran hökuməti qəzanın səbəblərini aydınlaşdırmaq üçün komissiya yaradıb.

Təyyarənin qəzaya uğradığı yer
Təyyarənin qəzaya uğradığı yer

XS
SM
MD
LG