Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:20

E.Məmmədyarov italiyalı həmkarı ilə görüşüb


Elmar Məmmədyarov

Almaniyaya işgüzar səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov fevralın 16-da İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Angeliono Alfano ilə görüşüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Məlumata görə, nazirlər hər iki ölkəni bir-birlərinə etibarlı tərəfdaş adlandırıblar.

Görüşdə beynəlxalq miqyaslı enerji layihələrinin vacibliyi və qaz təchizatının şaxələndirilməsi kimi məsələlərə toxunulub.

E.Məmmədyarov 2018-ci ildə ATƏT-ə sədrliyinin İtaliyaya keçdiyini vurğulayaraq bu ölkənin prioritetləri sırasına Dağlıq Qarabağ münaqişəsinin daxil edilməsini də yüksək qiymətləndirib.

Görüşdə tərəfləri maraqlandıran başqa məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Xatırlatma

Xarici işlər naziri E.Məmmədyarov fevralın 14-də Almaniyaya səfər edib.

E.Məmmədyarovun səfəri əsasən Münhen Təhlükəsizlik Konfransında iştirak məqsədi daşıyır.

Konfrans fevralın 16-da başlayıb 18-də başa çatmalıdır.

Münhen Təhlükəsizlik Konfransına bir qayda olaraq, dövlət rəsmiləri, hərbiçilər ilə yanaşı, beynəlxalq təşkilatların təmsilçiləri, diplomatlar və ictimai xadimlər də qatılırlar. Konfransda qlobal təhlükəsizlik məsələləri müzakirə edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG