Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Dekabr, bazar, Bakı vaxtı 17:15

Azərbaycan XİN: 'İşğal faktı sülhə təhdiddir'


Azərbaycan Xarici İşlər Nazirliyi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ın xüsusi xidmət orqanlarının dünya üzrə təhdidlərin qiymətləndirilməsi hesabatında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı qeydlərinə münasibət bildirib.

Bu barədə Azərbaycan XİN sözçüsü Hikmət Hacıyev açıqlama verib.

«Dəfələrlə bəyan edilib ki, Ermənistanın güc tətbiq edərək Azərbaycan ərazilərinin işğalını davam etdirməsi regional sülh və təhlükəsizlik üçün başlıca təhdid olaraq qalmaqdadır. Ermənistanın Azərbaycan ərazilərini hərbi işğal altında saxlaması və ərazilərin ilhaq edilməsinə (anneksiya) cəhd göstərməsi şəraitində sülhdən danışması açıq riyakarlıqdır», - deyə o vurğulayıb.

ABŞ-ın xüsusi xidmət orqanlarının bu günlər yayılan dünya üzrə təhdidlərin qiymətləndirilməsi hesabatında qeyd edilib ki, Dağlıq Qarabağ ətrafında gərginlik Ermənistanla Azərbaycan arasında irimiqyaslı hərbi münaqişəyə çevrilə bilər.

Xatırlatma

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib. Atəşkəs razılaşmasından sonra da cəbhədə tez-tez atəş səsləri eşidilməkdədir. Tərəflər, bir qayda olaraq, buna görə bir-birlərini ittiham edirlər.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG