Keçid linkləri

Təcili xəbərlər
2021, 16 Oktyabr, şənbə, Bakı vaxtı 09:35

ABŞ kəşfiyyatı bu il Dağlıq Qarabağ münaqişəsini necə görür


Qarabağda erməni artilleriyası

«Freedom House» son hesabatında dünyada azadlıq səviyyəsinin 11 il ərzində ard-arda aşağı düşdüyünü bildirib. Belə ölkələrin 1/4-ə yaxını Avropada yerləşir. Hesabatda bu məqamlar vurğulanıb:

Dünyada demokratiyaların sayı, əsasən, sabit qalsa da, bəzi alimlər demokratiyanın keyfiyyətcə aşağı düşdüyünü düşünür.

Dünyada daha çox hökumət özünün xarici və daxili auditoriyasına təsir göstərmək üçün təbliğat üsullarından və sosial mediadan yararlanmaqdadır.

Son 10 ildə daxili auditoriyalarının baxışını formalaşdırmaq baxımından hökumət səylərinin say və mürəkkəbliyi artıb.

***Buna da bax-İ.Əliyev deyir ölkədə fundamental azadlıqlar var, bəs tənqidçilər? [video]

2016-cı ildə «Freedom House» öz baxışlarını yaymaq, gündəmi formalaşdırmaq və tənqidin qarşısını almaq üçün sosial mediadan istifadə edən 30 ölkəni müəyyənləşdirmişdi. Onların arasında Filippin, Türkiyə və Venesuela da var.

Pis idarəçilik, zəif milli siyasi institutlar, iqtisadi bərabərsizlik və zorakı qeyri-dövlət aktyorlarının (terrorçu təşkilatların - red.) güclənməsi dövlətlərin nüfuz nümayiş etdirmək imkanlarını zəiflədir, eləcə də zorakı, hətta rejimi təhdid edən qeyri-sabitlik və kütləvi iğtişaşları çoxaldır.

Putin hərbi təlimləri izləyir
Putin hərbi təlimləri izləyir

Opportunist xarici siyasət?

ABŞ Milli Kəşfiyyatının direktoru Daniel Coats «Dünyada Təhlükənin Dəyərləndirilməsi» adlı yeni hesabatında bildirir ki, Vladimir Putin özünün növbəti prezidentliyi dövründə Rusiyada opportunist (məharətlə mövcud şərt və şəraitə uyğunlaşan – red.) xarici siyasətə üstünlük verəcək. Ölkə daxilində isə o, hakimiyyətinin üzləşdiyi sınaqlar fonunda nəzarəti əlində saxlamaq üçün daha avtoritar taktikalara meyllənəcək. Moskva öz maraqlarını irəlilətmək naminə ABŞ-la əməkdaşlığa can atacaq, eyni zamanda özünü böyük dövlət kimi təsdiqləmək, postsovet məkanındakı «nüfuz dairəsi»ndə mövqeyini möhkəmlətmək, ABŞ və Avroatlantik birliyi zəiflətmək üçün bir sıra aqressiv taktikalara əl atacaq.

***Buna da bax-Münhen Təhlükəsizlik Konfransı: Dünya 'əhəmiyyətli' münaqişə kandarında…

«Freedom House» öz hesabatında Rusiyanın Avropa və Avrasiyada ABŞ-la daha aqressiv rəqabət aparacağını bildirir. Bu ərazilərdən kənar yerlərdə isə ABŞ-ın digər rəqib və düşmənləri, eləcə də ABŞ-ın ənənəvi partnyorları ilə tərəfdaşlığa üstünlük veriləcək. Hesabat müəlliflərinin fikrincə, Rusiya bunu ABŞ-ın gücünü məhdudlaşdırmaq və daha «çoxqütblü» dünyaya doğru hərəkətə nail olmaq üçün edəcək.

Özünün xarici siyasət hədəflərini irəlilətməkdən ötrü Moskva daha az xərc tələb edən üsullardan, o cümlədən təsir kampaniyalarından, iqtisadi məcburiyyət və kiber-əməliyyatlardan, çoxtərəfli forumlardan və məhdud hərbi gücdən də yararlanacaq.

Lavrov BMT-nin Qarabag qətnamələrini şərh edir
Gözlə

No media source currently available

0:00 0:01:02 0:00

«Putin repressiya və təzyiqləri gücləndirəcək»

Gözlənilir ki, prezident Putin-in ölkə daxilində korrupsiyadan, yarıtmaz sosial xidmətlərdən, bərbad iqtisadiyyatdan narazılığı boğmaq üçün repressiya və təzyiqləri gücləndirəcək. O, yenə medianı tovlayıb-yönləndirəcək, elitanın dəstəyini qoruyub saxlamaq üçün ona sərvət paylayacaq, yenilənmə görüntüsü yaratmaqdan ötrü daha gənc kadrları irəli çəkəcək.

Postsovet məkanının hər yerində

Kremlin postsovet məkanında mümkün olan hər yerdə öz təsirini qoruyub saxlayacağı və artıracağı gözlənilir.

***Buna da bax-Qəfil prezident seçkisi keçirməkdə məqsəd nədir? [versiyalar]

Rusiya Belarusu özü ilə NATO arasında mühüm bufer kimi gördüyünə görə, Minsklə Qərb arasında hər hansı yaxınlaşmanın qarşısını almağa çalışacaq. Belarus prezidenti Alyaksandr Lukashenka Moskva ilə təhlükəsizlik sahəsində sıx əməkdaşlığı davam etdirəcək, ancaq Rusiyanın təsirini balanslaşdırmaq üçün Qərblə münasibətlərini də normallaşdırmağa can atacaq.

Rusiyanın Gürcüstan ərazisinin 20 faizini işğal altında saxlaması və Gürcüstanın Qərbə inteqrasiyasının qarşısını almaq cəhdləri bu ölkənin təhlükəsizliyinə ən böyük təhdid olaraq qalacaq.

«Rusiya Dağlıq Qarabağ münaqişəsinə tərəf kimi cəlb edilə bilər»

Mübahisəli Dağlıq Qarabağ ətrafında gərginlik Ermənistanla Azərbaycan arasında irimiqyaslı hərbi münaqişəyə çevrilə bilər. Rusiya özünün regiondakı müttəfiqini müdafiə etmək üçün münaqişəyə tərəf kimi cəlb oluna bilər. Tərəflərin heç birinin güzəştə meylli olmaması, ölkə daxilindəki təzyiqlər, Azərbaycanın sürətlə modernləşməsi, Ermənistanınsa Rusiyadan yeni hərbi texnika alması 2018-ci ildə irimiqyaslı münaqişə riskinin qalmasına xidmət edəcək.

XS
SM
MD
LG