Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 14:01

357 milyon uşaq konflikt zonasında yaşayır


Suriyada köçkün uşaqlar
Suriyada köçkün uşaqlar

Dünyada azı 357 milyon uşaq konflikt zonasında yaşayır. Bunu “Save the Children” təşkilatı yeni hesabatında bildirir. “Uşaqlarla müharibə: Silahlı münaqişələrdə uşaqlara qarşı zorakılığa son qoymaq vaxtıdır” adlı hesabatda bildirilir ki, münaqişə zonasında yaşayan uşaqların sayı 1990-cı illərdən bəri 75% artıb. Hazırda dünyada hər altı uşaqdan biri müharibənin zərbə vurduğu ərazidə yaşayır.

ƏN TƏHLÜKƏLİ ZONALAR

Bu uşaqların, demək olar, yarısı yüksək gərginlik zonalarındadır. Burada onlar BMT-nin çox ağır saydığı altı pozuntuya məruz qala bilərlər – qətlə yetirilə, əlil edilə, silahlı qruplaşmalara cəlb oluna, cinsi zorakılığa, oğurlanmaya məruz qala bilərlər, məktəblərə, xəstəxanalara hücum oluna, onlara humanitar yardım çatdırılmaya bilər.

*** Buna da bax: Hər il uşaqların 75%-i zorakılığa məruz qalır – araşdırma

BMT bildirir ki, 2010-cu ildən bəri öldürülən və şikəst edilən uşaqların sayı 300% artıb, humanitar yardımın çatdırılmadığı hallar isə 1500%-dən çox yüksəlib. Üstəgəl, müharibə qaydalarına da əməl olunmayıb.

Araşdırmanı “Save the Children” və Oslo Sülh Araşdırmaları İnstitutu aparıb, sənəd Münhen Təhlükəsizlik Konfransı ərəfəsində açıqlanır. Müəlliflər ümid edirlər ki, bu, dünyanın siyasi, hərbi və təhlükəsizlik liderlərinə münaqişələrdə uşaqların qorunması tədbirlərini razılaşdırmaq imkanı verəcək.

Sənəddə qeyd olunur ki, müharibədə uşaqlar getdikcə daha çox qəddar taktikaya məruz qalırlar. Onlardan intiharçı bombaçılar kimi istifadə olunur. Yaxud məktəblərə, xəstəxanalara birbaşa hücum edilir. Uşaqlar həmçinin çəllək bombalar, əldəqayırma partlayıcı maddələrin hücumlarından da sığortalanmayıblar.

*** Buna da bax: George Clooney Livanda suriyalı qaçqınlara yardım edəcək

2016-cı ildə uşaqlar üçün ən təhlükəli müharibə zonaları Suriya, Əfqanıstan və Somali olub. Yaxın Şərqdə isə hər 5 uşaqdan ikisi münaqişə zonasındadır – bu, dünyada ən böyük göstəricidir.

Afrikada hər 5 uşaqdan biri münaqişədən əziyyət çəkir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG