Keçid linkləri

2024, 21 May, çərşənbə axşamı, Bakı vaxtı 00:24

George Clooney Livanda suriyalı qaçqınlara yardım edəcək


George Clooney
George Clooney

GeorgeAmal Clooney cütlüyü bildirib ki, bu il Livanda 3 min suriyalı qaçqın uşağın məktəbə getməsinə yardım göstərəcək. BMT-nin məlumatına görə, qonşu Suriyadakı müharibədən qaçmış 200 min uşaq Livanda təhsildən kənar qalır.

«BÜTÖV BİR NƏSLİ İTİRƏ BİLMƏRİK»

Kluni Ədalət Fondu bildirib ki, «Google» və «HP Inc.» ilə birlikdə BMT-nin uşaq fondu – UNICEF və Livanın Təhsil Nazirliyinə suriyalı qaçqın uşaqları üçün yeddi «ikinci növbə» məktəbin açılmasına kömək edəcək. Məlumatı «The Guardian» qəzeti yayıb.

Livanda bir milyondan çox suriyalı qaçqın var, onların 500 minə yaxını uşaqlardır. Suriyalı uşaqlar ictimai məktəblərə «ikinci növbə» sistemiylə gedirlər, yəni günortalar onlara ayrıca dərs keçilir.

«Bütöv bir nəsli onlar yanlış yerdə, yanlış zamanda doğulduqlarına görə itirə bilmərik», – OSCAR mükafatı laureatı George Clooney və həyat yoldaşı, ötən ay dünyaya əkiz övladlar gətirmiş hüquqşünas Amal Clooney deyib.

«Minlərlə gənc suriyalı qaçqın risklə üz-üzədir – onlar heç vaxt cəmiyyətin məhsuldar hissəsinə çevrilə bilməmək riskiylə üzləşiblər. Rəsmi təhsil bunu dəyişə bilər», – cütlüyün bəyanatında deyilir.

3.25 MİLYONLUQ İANƏ

Kluni Ədalət Fondu, «Google» və HP şirkətlərinin 3.25 milyonluq ianəsiylə nəqliyyat, məktəb ləvazimatları, kompüter, kontent, kurikulum, müəllimlərə təlim xərcləri ödənəcək.

Kluni Fondunun sözçüsü Max Gleischman deyib ki, təşkilat suriyalı qaçqınların təhsilini ictimai məktəb sistemiylə dəstəkləmək qərarına gəlib, nəinki «Sabis» beynəlxalq şirkətinin özəl məktəblərinə yatırım etməklə. Həmin şirkət kolleclərə və ali məktəb imtahanlarına tələbələr hazırlayır. Fond ötən il elan edib ki, minlərlə uşaq «Sabis» məktəblərinə cəlb olunacaq.

Suriyada 2011-ci ildə başlanan vətəndaş müharibəsi nəticəsində «İslam Dövləti» (İŞİD) yaraqlıları Suriya və İraqda əraziləri ələ keçirib. Suriyanın 22 milyonluq əhalisinin yarısı köçkün düşüb, 400 mindən çox adam öldürülüb.

XS
SM
MD
LG